19:00 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə görüşüb
ANA SƏHİFƏ / SİYASƏT
20:49 24.09.2021

 

Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Aİ ilə Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərinin perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu xüsusda Azərbaycan - Aİ münasibətlərinin hüquqi əsasını təşkil edəcək ikitərəfli Saziş üzrə danışıqların hazırki statusu müzakirə olunub, bərabər tərəfdaşlığa əsaslanacaq yeni Sazişin yekunlaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı, həmçinin ilin sonunda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələləri müzakirə edilib.

Daha sonra tərəflər regiondakı son vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov müharibədən sonrakı mərhələdə həyata keçirilən bərpa və yenidənqurma işləri, işğaldan azad edilmiş ərazilərimizin Ermənistan tərəfindən kütləvi minalanması nəticəsində humanitar fəsadlar ilə bağlı məsələləri ali nümayəndənin diqqətinə çatdırıb.

Ali nümayəndə Cozef Borel bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakının mümkünlüyünü qeyd edib.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM