23 Noyabr 2021 22:56
348
İQTİSADİYYAT
A- A+

Azərbaycanın və Koreya Respublikasının statistika komitələrinin əməkdaşlıq perspektivləri müzakirə olunub

 

Noyabrın 23-də Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Koreya Respublikası Statistika Komitəsinin sədr müavini Kvanq Sup Kimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”ndan irəli gələn məsələlər, o cümlədən 2018-ci ildə Koreya Statistika Komitəsinin dəstəyi ilə yaradılmış “Azərbaycanın Statistik İnformasiya Xidməti - ASİS”in təkmilləşdirilməsi, inzibati məlumatların idarə olunması, elektron təlim portalının hazırlanması ilə bağlı 2021-ci ildə görülmüş işlər haqqında məlumat verilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Rəsmi statistika sahəsində son illər Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən komitə sədri qeyd edib ki, statistik məlumatların istehsalı, xüsusilə məlumatların yayımı prosesində daha üstün təcrübəyə malik Koreya Statistika Komitəsi ilə əməkdaşlıq DSK üçün yeni imkanlar yaratmış, rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunması məqsədilə Azərbaycanda ASİS-in yaradılaraq istifadəyə verilməsi və onun inkişafı mühüm əhəmiyyətə malikdir. O, əvvəlki illərdə həyata keçirilmiş layihələr üzrə nəzərdə tutulan tədbirlərin, eləcə də Dövlət Statistika Komitəsində təlim otağının yaradılmasının, statistik təlim modullarının hazırlanmasının, Koreyada Komitənin 30-dan çox əməkdaşına təlimlərin keçirilməsinin Azərbaycanda statistik kadr potensialının gücləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb, hazırkı Memorandumda qarşıya qoyulmuş vəzifələrin də uğurla icra olunacağına əminliyini ifadə edib.

Səmimi görüşə görə Tahir Budaqova öz təşəkkürünü bildirən Koreya Statistika Komitəsi sədrinin müavini Kvanq Sup Kim qurumlar arasında münasibətlərin səmərəli əməkdaşlıq ruhunda qurulduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video