05 Oktyabr 2021 00:50
231
İQTİSADİYYAT
A- A+

Azərbaycanın turizm brendi Rusiya qatarlarında

 

Azərbaycan Turizm Bürosu Rusiyanın “Aeroexpress” şirkəti ilə əməkdaşlığa başlayıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq çərçivəsində “Aeroexpress” qatarları üzərində və vaqonların daxilində, eləcə də kassa bölməsində sərnişinləri ölkəmizi kəşf etməyə çağıran turizm brendi vizualları və həştəqlər yerləşdirilib.

Bundan əlavə, Domodedevo və Şeremetyevo beynəlxalq hava limanlarında yerləşən dəmir yolu vağzallarında Azərbaycanın zəngin turizm təkliflərini əks etdirən videotəqdimat nümayiş etdirilir. Əməkdaşlığın 5 ay müddətində davam etdirilməsi planlaşdırılıb.

Yeni başladılan əməkdaşlıq haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid vurğulayıb ki, Rusiyanın ən işlək hava limanları ilə paytaxt mərkəzi arasında hərəkət edən “Aeroexpress” sərnişinlərini hədəf götürən kampaniya Azərbaycana turizm axınını artırmağa xidmət edir.

Qeyd edək ki, Rusiyanın 2005-ci ildə əsası qoyulan “Aeroexpress” şirkəti Moskva şəhəri ilə Domodedevo, Şeremetyevo və Vnukovo hava limanları arasında sərnişindaşıma xidmətini həyata keçirir.

2019-cu ildə “Aeroexpress” şirkətinin sərnişin sayı 12,2 milyon nəfər təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video