15:20 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
 
ANA SƏHİFƏ / İDMAN
15:55 30.07.2021

 

İyulun 30-da Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında milli komandamıza ilk medalı qazandırıb.

AZƏRTAC xəbər verir ki, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız bürünc medal uğrunda görüşdə çinli Şiyan Ksu ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz “Tokio-2020”də Azərbaycanın aktivinə ilk medalı yazdırıb.

Yarımfinala gedən yolda Larisa Tseriç (Bosniya və Herseqovina) və Mijin Hana (Koreya Respublikası) qalib gələn cüdoçumuz yarımfinalda yaponiyalı Akira Soneyə uduzub.

AZƏRTAC-ın arayışı. Otuz yaşlı qadın cüdoçumuz 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub. Həmin il o, Budapeştdə keçirilən dünya çempionatını üçüncü pillədə başa vurub. İ.Kindzerska 2019-cu ildə Minskin ev sahibliyi etdiyi II Avropa Oyunlarında üçüncü yeri tutub. Bir il sonra Praqada keçirilən qitə birinciliyində gümüş medala sahib olub.

Xatırladaq ki, bu gün mübarizəyə qoşulan kişi cüdoçumuz Uşangi Kokauri (100 kq-dan yuxarı) birinci görüşdə Polşa təmsilçisi Matsey Sarnaçkiyə qalib gəlsə də, səkkizdəbir finalda braziliyalı Rafael Silvaya uduzaraq yarışı medalsız başa vurub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM