22 Fevral 2021 16:20
900
Təhsil
A- A+

Azərbaycanın təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

 

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

AZƏRTAC xəbər verir ki, fevralın 22-də Ankarada Azərbaycanın təhsil naziri Emin Əmrullayev və Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərliyi ilə heyətlərarası görüş keçirilib.

Görüşdən sonra nazirlər birgə mətbuat açıqlaması ilə çıxış ediblər. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfər qazanaraq işğal altındakı torpaqlarını düşməndən azad etdiyini və bu haqq mübarizəsində Türkiyənin ölkəmizə siyasi mənəvi dəstək göstərdiyini xatırladan Emin Əmrullayev diqqətə çatdırıb ki, iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi, təhsil sistemində də geniş əlaqələr mövcuddur. Hazırda Türkiyənin ali təhsil müəssisələrində 23 minə yazın azərbaycanlı tələbə təhsil alır.

Ötən həftə Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalandığını xatırladan azərbaycanlı nazir bu sənədin faydalı cəhətlərindən bəhs edərək əminliklə vurğulayıb ki, peşə təhsili sahəsində əmək bazarı üçün keyfiyyətli ixtisaslı kadrların hazırlanması üçün böyük imkanlar yaranıb.

Ziya Selçuk Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əlaqələrin bundan sonra daha da sürətlə genişlənəcəyinə əmin olduğunu ifadə edərək qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün fikir və düşüncələrini bölüşüb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhatəli olduğunu diqqətə çatdıran Ziya Selçuk bildirib ki, tərəflər protokolun icrası, 1993-cü ildən bəri Azərbaycanda mövcud olan türk məktəblərinin gələcəyi, o cümlədən Türkiyə Maarif Vakfının fəaliyyətinin tənzimlənməsi və s. məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video