29 Iyun 2021 17:57
590
PARLAMENT
A- A+

Azərbaycanın parlament nümayəndə heyəti Macarıstanda Əlil Uşaqlar üçün Reabilitasiya  Mərkəzini ziyarət edib

 

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil Uşaqlar üçün Laszlo Batyani İnstitutunun Reabilitasiya Mərkəzini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan parlament nümayəndə heyətini mərkəzin direktoru Gyorgi İnotay qarşılayıb. Milli Məclisin Sədrinə məlumat verilib ki, mərkəz 1982-ci ildə Macarıstan katolik kilsəsi tərəfindən yaradılıb. Mərkəzin əsas missiyası görmə, hərəkət, ünsiyyət qabiliyyətləri pozulmuş və digər fiziki imkanları məhdud olan uşaqlara yardım göstərməkdən ibarət idi. Ümumi sahəsi 2800 kvadratmetr olan müəssisə 1994-cü ildə əsaslı təmir edilib. Heydər Əliyev Fondu çoxillik xeyriyyə missiyasını davam etdirərək mərkəz üçün yeni korpus tikilməsi təşəbbüsü ilə çıxış edib. 2015-ci ildə tikinti başa çatdırılandan sonra həmin korpus digər binalar kompleksi ilə birləşdirilib. Otuz çarpayılıq beşmərtəbəli yataqxana korpusunun ümumi sahəsi 1385,26 kvadratmetrdir. Binada dərs, istirahət və yataq otaqları, mətbəx və lift mövcuddur.

Mərkəzin kollektivi ilə söhbət edən Sahibə Qafarova deyib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə belə bir mərkəzin yaradılması iki dost xalq arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. O vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond hər zaman xeyirxah və humanist təşəbbüsləri ilə nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda bir çox mühüm layihələr həyata keçirir. Fondun çoxşaxəli və xoşməramlı fəaliyyəti həmişə yüksək qiymətləndirilir.

Sonra Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti mərkəzin fəaliyyəti ilə tanış olub, mərkəzdə reabilitasiya keçən uşaqlarla görüşüb. Milli Məclisin Sədri mərkəzə xatirə hədiyyəsi təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video