09:56 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
 
ANA SƏHİFƏ / PARLAMENT
23:24 06.09.2021

 

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 6-da Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıqdan məmnunluq ifadə edib. Ötən dövrdə qurum rəsmilərinin, o cümlədən PAİ-nin Baş katibi Martin Çunqonqun ölkəmizə səfərlərinin çox faydalı olduğunu deyən spiker bu beynəlxalq parlament təşkilatının dünya miqyasında parlamentlərarası əlaqələrin qurulmasında və möhkəmlənməsində mühüm rol oynadığını söyləyib. Azərbaycan parlamentinin rəhbəri deyib ki, beynəlxalq parlament qurumları ilə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edən Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir.

Sahibə Qafarova bildirib ki, Azərbaycan beynəlxalq miqyaslı bir çox forum və sammitlərə, həmçinin PAİ-nin tədbirinə uğurla ev sahibliyi edib.

Söhbət zamanı bölgədə yaranmış yeni reallıqlar, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə, ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın icrası istiqamətində ölkəmizdə görülən işlər barədə ətraflı məlumat verilib. Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təcavüzkar Ermənistana qalib gəldi, 30 il davam edən işğala son qoyaraq ərazi bütövlüyünü təmin etdi. Azərbaycan tərəfinin siyasi iradəsi və ordumuzun rəşadəti sayəsində BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildən kağız üzərində qalan 4 qətnaməsi icra olundu. Hazırda ölkəmiz işğaldan azad etdiyi Qarabağda minalardan təmizləmə, abadlıq və quruculuq işləri aparır, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və təhlükəsizliyin yaranması istiqamətində mühüm işlər görür. Ermənistan isə təxribatçı əməllərindən əl çəkmir.

Sonra çıxış edən Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq bölgədə sülhün bərpasından məmnunluq duyduğunu vurğulayıb. 2017-ci ildə Azərbaycana etdiyi səfərlə bağlı təəssüratlarını bölüşərək, hələ o zaman qaçqın və məcburi köçkünlərlə görüşdüyünü, həmin insanların problemləri ilə tanış olduğunu bildirib.

Milli Məclisin Parlamentlərarası İttifaqda təmsilçiliyini yüksək dəyərlədirən Martin Çunqonq ölkəmizin təşkilatın geosiyasi qruplarından birinə üzv olacağına və bu üzvlüyün səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu ifadə edib. O, Azərbaycan parlamenti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyib. Baş katib Parlamentlərarası İttifaqdakı Azərbaycan nümayəndə heyətinin qurumun komitə iclaslarında iştirakının əhəmiyyətini qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM