18 Yanvar 2012 01:01
340
SİYASƏT
A- A+

«Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» və «GUAM məkanında həlli uzanan münaqişələr» qətnamə layihələri BMT-nin Baş Məclisində müzakirə oluna bilər

 

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında həlli uzanan münaqişələr" adlı qətnamə layihələri gələn ay BMT-nin Baş Məclisinin 66-cı sessiyası çərçivəsində müzakirəyə təqdim oluna bilər.

AzərTAc BMT-nin İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, gündəlikdə 35-ci və 39-cu yerlərdə duran "GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" qətnamə layihələri Azərbaycan və GUAM tərəfindən təklif olunmuşdur. Müzakirələr 2011-ci il dekabrın 12-nə təyin olunsa da, sonradan başqa tarixə təxirə salınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video