00:11 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın himayəsi ilə İstanbulda XXIV Avrasiya İqtisadi Zirvəsi keçirilir  
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:48 08.07.2021

Azərbaycanın dəstəyi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən İstanbulda XXIV Avrasiya İqtisadi Zirvəsi keçirilir. “Bəşəriyyət daha yaxşısına layiqdir” devizi ilə keçirilən XXIV Avrasiya İqtisadi Zirvəsi yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra dünyanın yeni düzənini müzakirə etməyi qarşısına məqsəd qoyub.

AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyası riskinə görə, iştirakçıların bir hissəsinin onlayn qatıldığı toplantıda siyasi və dövlət xadimləri, nazirlər, beynəlxalq təşkilat rəhbərləri, sabiq dövlət və hökumət başçıları iştirak edirlər.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, vətənlərimizin bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyənin Dövlət Himni səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin toplantıya ünvanlandığı məktubu energetika naziri Pərviz Şahbazov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu isə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım oxuyub.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ənənəvi Avrasiya İqtisadi Zirvəsinin qarşıya qoyduğu vəzifələr, o cümlədən toplantının məram və məqsədlərindən danışıb. O diqqətə çatdırıb ki, böhranlardan çıxış yolu, ölkələrin inkişafı, insanların rifahının və xalqların dostluğunun təmin olunmasından asılıdır. Bunun üçün insan cəmiyyəti layiq olduğu həyata doğru irəliləməlidir.

Daha sonra Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, İstanbul valisi Ali Yerlikaya, İstanbulun Avcılar Rayon Bələdiyyəsinin sədri Turan Hançerli, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Comanescu, QDİƏT Parlament Məclisinin Baş katibi, akademik Asəf Hacıyev, Türkiyə İxracatçılar Məclisinin rəhbəri İsmail Gülle, Professor İoanna Kuçuradi, İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyinin (İHKİB) sədr müavini Urfi Akbalık, o cümlədən xarici qonaqların çıxışlarında toplantının işini uğurlar arzulayıb, müzakirə olunacaq mövzuların aktuallığını və əhəmiyyətini yüksək dəyərləndiriblər.

Rəsmi açılışdan sonra İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyinin təqdimatı olub.

Toplantıda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver və Özbəkistanın Strateji İnkişaf Mərkəzinin icraçı direktoru Eldar Tulyakov iki qurum arasında əməkdaşlığa dair niyyət protokolu imzalayıblar.

Bugünkü ikinci panel isə Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiyyəti əsasında Prezident İlham Əliyev tərəfindən iyulun 1-də təməli qoyulan Ələt Azad İqtisadi Zonasına (AİZ) həsr olunub. Ələt Azad İqtisadi Zonasını XXIV Avrasiya İqtisadi Zirvəsində AİZ-in səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov təmsil edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM