03 Fevral 2012 12:02
337
CƏMİYYƏT
A- A+

Azərbaycanın gələcəyi etibarlı əllərdədir

 

Gənclər siyasəti Azərbaycan dövlətinin fəaliyyətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Ölkəmizin dövlət maraqlarını müdafiə edən gənclər ordusunun yaranması, intellektual gəncliyin, bəşəri və milli dəyərlərə sahib gənclərin formalaşdırılması siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlət quruculuğu prosesində gənclərin fəallığının təmin edilməsi, onların ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması üçün vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini yaratmışdır.

Artıq müasir Azərbaycan gəncliyi böyük bir qüvvə kimi ölkəmizin müstəqilliyi və dövlətçiliyi yolunda mütəşəkkil şəkildə təşkilatlanmışdır. Bu da təsadüfi deyil. Çünki ölkəmizdə gənclərin təhsili, asudə vaxtlarının təşkili, istirahəti və s. məsələlər həmişə diqqətdə saxlanılır. "Gənclər böyük qüvvədir... Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir" - deyən ümummilli liderin diqqət və qayğısı  sayəsində onun sağlığında Azərbaycan gəncliyi daha inamlı, mütəşəkkil və məfkurəli, əzəmətli və qüdrətli qüvvəyə çevrildi. Azərbaycanda gəncliyə qayğını artırmaq və diqqət mərkəzində saxlamaq məqsədilə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2 fevral "Gənclər günü" kimi təsis edildi.

Azərbaycanın "Gənclər siyasəti haqqında" qanununda deyilir: "Dövlət gənclər siyasəti Azərbaycan Respublikasının fəaliyyətinin mühüm istiqamətidir və onun dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirilən bu siyasət böyüməkdə olan nəslin hərtərəfli inkişafı, bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdür". Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il

2 fevral Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur. 1998-ci ilin həmin günündə ümummilli lider Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərək gənclərə müraciətlə demişdi: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik".

1999-cu il martın 2-də Azərbaycan gənclərinin ikinci forumu keçirildi. Ulu öndər bu forumdakı çıxışında respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməsi ilə bağlı tövsiyələrini verdi. 1999-cu ildə imzalanan "Dövlət gənclər siyasəti haqqında" fərman ölkəmizdə bu sahəyə böyük önəm verildiyinin bariz nümunəsidir. Bu fərman gənclərin həyatı ilə bağlı bütün məsələləri əhatə edir. Dövlət gənclər siyasəti qarşıya qoyulan məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. 9 aprel 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu gənclər üçün böyük yol açdı. Azərbaycanda gənclər siyasəti sahəsində dövlət proqramlarının həyata keçirilməsi də gənc nəslə dövlət qayğısının ifadəsi, Azərbaycanın gələcəyinə  qoyulan investisiyadır. Azərbaycanın gənclər siyasəti sahəsində Dövlət Proqramı 2005-2009-cu illəri əhatə etməklə həyata keçirilib.

Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncləri qarşısında vəzifələr müəyyənləşdirərkən deyirdi: "Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad edilməsi, ...Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür". Sevindirici haldır ki, bu gün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətin inkişafı və təhlükəsizliyi yolunda əzmlə çalışmaqdadır. Prezident  İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi kursu Azərbaycan gəncliyini yeni nailiyyətlərə doğru aparır.

"Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) na gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilmişdir. Habelə dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edildi, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu, 2007-ci il "Gənclər ili" elan edildi. Dövlət başçısı İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirərək - "Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaq" - demişdir. 3 oktyabr 2008-ci ildə Prezident İlham Əliyev ölkə gənclərinin V forumunda iştirak edərək dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə ünvanlandığını və gənclərin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi nailiyyətlərin respublikamızın qüruru olduğunu da bildirib.

Ümumiyyətlə desək, dahi Heydər Əliyev şəxsiyyəti və siyasəti Azərbaycan gəncləri üçün milli ideal formulu, tərbiyə məzmunu və fəaliyyət proqramıdır. Bu gün yüz minlərlə gənc Heydər Əliyev siyasi məktəbinin sıralarında azərbaycançılığı, vətəni sevməyi və onun uğrunda fədakarlıqla xidmət etməyi öyrənir.

 

Ramiz QASIMOV,

YAP Naxçıvan şəhər təşkilatı idarə heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video