05 Fevral 2012 01:02
358
Mədəniyyət
A- A+

Azərbaycanın «Eurovision-2012» milli seçimlərinin 5 finalçısı məlum olmuşdur

 

Azərbaycanda 2011-ci il noyabrın 28-dən başlayan "Eurovision-2012"nin milli seçimlərinin həyəcanı artıq başa çatmaq üzrədir.

Fevralın 3-də İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV)  milli seçimlərin yarımfinal mərhələsində 8 ifaçı finala vəsiqə qazanmaq  uğrunda yarışmışdır. Saat 21.00-da İTV-nin canlı efirində start götürən yarımfinalın son günündə finalçıların adı məlum olmuşdur. İzləyicilərin SMS səsverməsi və münsiflər heyətinin rəyi əsasında Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova finalda mübarizə aparmaq hüququ qazanmışlar.

Yarımfinal mərhələsinin iştirakçılarına  dəstək olmaq üçün çıxış edən müğənni Abbas Bağırov "Eurovision" səhnəsinin həqiqətən də həyəcanlı bir səhnə olduğunu demişdir. Azərbaycanın "Eurovision-2012"də də qalib gələcəyinə inandığını bildirən Abbas Bağırov bu yolda gələcək təmsilçimizə uğurlar diləmişdir.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki,  Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edəcək ifaçı fevralın 12-də bəlli olacaqdır. Həmin gün Heydər Əliyev Sarayında təşkil olunacaq final gecəsində Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İbrahimova "Eurovision-2012"də Azərbaycanın təmsilçisi adı uğrunda mübarizə aparacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video