18 Mart 2012 01:03
382
Mədəniyyət
A- A+

Azərbaycanın «Eurovision-2012» mahnısı təqdim olunmuşdur

 

Azərbaycanın"Eurovision-2012" yarışmasında təmsilçisi Səbinə Babayeva "Baku Crystal Hall"da  "When the music dies" mahnısını ifa edəcəkdir.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. İngilis dilində ifa olunacaq "Eurovision- 2012" mahnımız lirik janrdadır. Mahnıda milli musiqimizlə sintez də vardır.

"When the Music Dies" Avropa musiqisinin son tendensiyaları və Azərbaycanın milli ənənələrinin nadir birləşməsidir. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval kimi zərb alətlərinin səsindən, eləcə də nadir muğam vokal ifasının elementlərindən istifadə olunmuşdur.

Milli musiqi partiyalarının yazılışına Oqtay Şərifov, Sərxan Vahabov, Azərbaycanın əməkdar artisti Şirzad Fətəliyev və Yaşar Baxış kimi Azərbaycan musiqiçiləri cəlb olunmuşlar. Muğam partiyasını isə Alim Qasımov ifa edir.

"When the music dies" mahnısının müəllifləri Anders Bagge bu vaxtadək Madonna, Janet Jackson, Santana,  J.Lo, Celine Dion, Enrique İqlesias kimi məşhur müğənnilər üçün mahnı yazmış və prodüserlik etmişdir. Johan Krounlund Stokholmda səsyazma studiyasında çalışan bəstəkar və prodüserdir. Məşhur pop-dans artistlərlə çalışmışdır. Sandra Bjurman və Stefan Örn isə Azərbaycanın "Eurovision-2011" təmsilçiləri Eldar Qasımov və Nigar Camalın qalib mahnısı "Running Scared"in müəllifləridir.

Səbinə Babayevanın "When the music dies" mahnısının rəsmi videosu martın 19-da təqdim ediləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video