06:33 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın COVID-19-la mübarizəsini beynəlxalq təşkilatlar da qiymətləndirir

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:02 04.08.2021

 

Hələ də bəşəriyyəti təhdid edən COVID-19-un cilovlanması üçün yollar axtarılmaqda, bu gözəgörünməz bəla isə özünün yeni formaları ilə sürətlə yayılmaqdadır.

Koronaviruslar adi soyuqdəymə əlamətlərindən Yaxın Şərq Respirator Sindromu

( MERS - CoV) və Şiddətli Kəskin Respirator Sindrom (SARS - CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsindəndir. Onun qarşısının alınması istiqamətində müasir tibb də sanki acizdir, mütəxəssislər ondan xilasın yeganə yolunu hələ ki vaksinasiyada görürlər.

Tibbi mütəxəssislər düşünürlər ki, koronaviruslar zoonoz infeksiya kimi heyvanlardan yoluxaraq insanlarda xəstəlik törədə bilir. Ətraflı araşdırmalar nəticəsində SARS-CoV-un müşk pişiklərindən, MERS-CoV-un isə tək hürgüclü dəvələrdən insanlara yoluxduğu məlum olub. Hazırda insanlara yoluxmayan, ancaq heyvanlarda rast gəlinən bir çox koronavirus tipi də mövcuddur.

 2019-cu ilin son günündə Ümumdünya Səhiyyə Təşkilatı Çinin Hubei əyalətinin Vuhan şəhərində etimologiyası məlum olmayan pnevmoniya ilə xəstələnmə halları haqqında məlumat vermişdi. 2020-ci il yanvarın 7-də isə bu fakt daha əvvəllər insanlarda rast gəlinməyən yeni koronavirus (Novel Coronavirus - COVID-19) kimi təsdiqləndi.

Bu gün artıq dünyada 198 milyon 557 min 259 nəfərdə koronavirus aşkarlanması barərədə məlumatlar yayılmaqdadır. Bu yeni növ virusdan 4 milyon 233 min 71 nəfər ölüb, 179 milyon 295 min 578 xəstə isə sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ, Hindistan, Braziliya, Rusiya və Fransadır.

Azərbaycanla dost-qardaş olan Türkiyədə 5 milyon 727 min 45, İranda 3 milyon 871 min 8, Gürcüstanda 419 milyon 534 min, Ermənistanda isə 230 min110 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm halları ardıcıl olaraq Rusiya, İran və Türkiyədə qeydə alınıb. Ölkəmizdə koronavirusa yoluxan 343 min 849 nəfərin 5023-ü ölüb, 332 min 926 xəstə  isə sağalıb.

Rusiyada cari ilin iyul ayında koronavirusdan ölənlərin sayı bütün pandemiya ərzində maksimuma çatıb. Qonşu Rusiyada yalnız iyul ayında koronavirusdan 23 min 349 nəfər dünyasını dəyişib. Halbuki bu rəqəm iyun ayında 13 min 713 idi.

Buna qədər ölüm hallarında rekord isə dekabr ayında müşahidə olunmuşdu - 17124 nəfər.

Koronavirusa yoluxanlarda digər yan fəsadlar da müşahidə edilir. Norveçin Oslo Universitetinin alimləri Arne Soorasın rəhbərliyi ilə koronavirusun yaddaşa təsiri barədə araşdırma aparıblar.  Elmi araşdırmaların nəticələrinə əsasən, COVID-19-un yaddaşla bağlı problemlərin yaranması ehtimalını beş dəfə artırması və mövcudların isə kəskinləşdirməsi sübut olunub.

Alimlər yaddaş pozulmasının koronavirusu yüngül keçirən şəxslərdə də müşahidə olunduğunu, analoji halların sağaldıqdan 8 ay sonra belə yarana biləcəyini istisna etmirlər.

Azərbaycan COVID-19-un peyda olan vaxtdan onun yayılmasının qarşısını almaq üçün bir sıra mühüm qabaqlayıcı tədbirlər görməsi ilə ÜST-ün, eləcə də digər beynəlxalq təşkilatların diqqətini özünə cəlb etməyi bacaran ölkə kimi tanınır. Azərbaycan hökumətinin pandemiya dövründə riskləri düzgün təhlil edərək 2020-ci ildə həyata keçirdiyi qabaqlayıcı tədbirlər və bu günədək

COVID-19-la mübarizə sahəsində görülən işlərin ölkənin daxili imkanları hesabına maliyyələşdirilməsi də  yüksək qiymətləndirilir. Asiya İnkişaf Bankının Direktorlar Şurasında Azərbaycan üzrə İcraçı direktor Antoni Makdonald qeyd edib ki, məhz buna görə də koronavirus pandemiyasının tibbi, sosial, iqtisadi fəsadlarını yumşaltmağa dair Azərbaycan hökumətinin əhatəli planını həyata keçirməsinə kömək məqsədilə artıq 2021-ci ildə 250 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair qərar bankın Direktorlar Şurası tərəfindən yekdilliklə dəstəklənib.

 “Koronavirusun daha təhlükəli variantlarının qarşısını almaq üçün peyvəndlənmə işi sürətləndirilməli, habelə pandemiya tam başa çatanadək maska taxmaq və digər təhlükəsizlik qaydalarına əməl edilməlidir”. Bu barədə Avstriya, İsveçrə, İspaniyadan olan tədqiqatçılar qrupunun araşdırmasında qeyd olunub. Bildirilir ki, SARS-CoV-2 virusunun 3 il ərzində inkişaf etməsini əks etdirən model tərtib olunub. Tədqiqatın nəticəsinə görə, peyvəndlənmənin sürətli tətbiqi dayanıqlı ştamların ortaya çıxma ehtimalını azaldır.

Bununla yanaşı, o da qeyd olunur ki, peyvənd olunduqda belə maska taxmaq, sosial məsafə saxlamaq kimi qaydalara qarşı səhlənkarlıq etmək olmaz, çünki bu zaman digər ştamların ortaya çıxması ehtimalı xeyli artır. Buna görə də qaydalara  pandemiya tam başa çatanadək ciddi əməl olunmalıdır.

Hətta Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərqdə və Şimali Afrikada koronavirusun dördüncü dalğasını qeydə alıb. “Yeni yoluxma hallarının və xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyəti peyvənd olunmamış insanlardandır. Bu gün həmin bölgədə COVID-19-un dördüncü dalğası qeydə alınır”, - deyə ÜST-ün Şərqi Aralıq dənizi Ofisinin rəhbəri Əhməd əl-Mandhari bildirib. Onun sözlərinə görə, bu bölgədə koronavirusun “Delta” ştammına daha çox yoluxma qeydə alınıb. Bu ştammla yoluxma halı Mərakeşdən Pakistana qədər Yaxın Şərq və Şimali Afrika bölgəsindəki 15 ölkədə müəyyən edilib.

Azərbaycana gəlincə isə, bəzi qaydalarda yumşaldılmalar aparaıldıqdan sonra yoluxma və ölüm sayındakı artım bir daha vəziyyəti tam nəzarət altına salınmasını tələb etməsə də, qaydalara əməl olunması unudulmamalıdır. Daha bir yenilik də ondan ibarətdir ki, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikatı”nın verilməsinə başlanılır.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda bildirilir ki, “Əks göstəriş sertifikatı” almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikatı” veriləcək.

Əks göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırılır ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə edilmiş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır. Bütün bunlardan sonra qeyd etməyə dəyər ki, paytaxt Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatda vəziyyət heç də ürəkaçan deyil. Belə ki, bəzi marşrut avtobuslarında sürücülərin özləri belə qoyulmuş qaydalara əməl etmirlər. Ona görə də sürücülər sərnişinlərdən məsafə saxlamağı və tibbi maskalardan istifadəni tələb edə bilmirlər. Bu isə onsuz da günün müəyyən saatlarında sıxlıq olan marşrut avtobuslarında yoluxmanı artıran səbəblərdəndir. Acınacaqlısı isə nəqliyyatda ictimai nəzarətin, ümumiyyətlə, olmamasıdır. İnsanlar polisi görcək çənəsinə taxdığı maskanı bir az yuxarı çəkməklə, sanki borcunu yerinə yetirmiş olur. Bunu xəstəlikdən deyil, cərimələrdən qorxduqları üçün edirlər.

Həkim İmran Mirizadə də yoluxma sayının artmasının səbəbini karantin qaydalarının yumşaldılmasında görür: “Hazırda bir qrup insan vaksin olunub. İkinci qrup insanlar isə infeksiyanı keçirib və onlarda immunitet yaranıb. Bu ili ötən il ilə müqayisə etsək, ötən il karantin qaydaları daha sərt idi. Biz hazırda ictimai-iaşə obyektləri və nəqliyyatdan rahat istifadə edirik. Bir sıra şadlıq evləri, “Mall”lar da var ki, bunlar da fəaliyyətini davam etdirir. Bu da öz növbəsində yoluxma sayının artmasına münbit şərait yaradır. Odur ki, qaydalara əməl etmək lazımdır”.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM