17 Mart 2017 03:03
933
Birinci vitse-prezident
A- A+

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə xarici ölkələrin rəsmi şəxslərindən, ictimai-siyasi xadimlərdən, beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin rəhbərlərindən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən, diplomatik korpusun təmsilçilərindən təbriklər gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Sercio Divina, Azərbaycanın İtaliyanın Genuya şəhərindəki fəxri konsulu Marqerita Kosta, İtaliya-Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti Manuela Traldi, İtaliyanın “Nodo di Gordio” Beyin Mərkəzinin sədri Daniele Lazzeri, Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia, Roma Sapienza Universitetinin tədqiqatçısı, Azərbaycan və Qafqaz üzrə Gənc Tədqiqatçılar Assosiasiyasının (ASSAC) sədri Daniel Pommier Vinçelli, Venesiya Ka Foskari Universiteti və Milan Sakro Kuore Katolik Universitetinin tədqiqatçısı, elmlər doktoru Karlo Frappi, İtaliya Parlamentinin XII Səhiyyə Komissiyasının vitse-prezidenti, senator Mariya Rizzotti, İtaliya Parlamentinin Deputatlar Palatasının üzvü Kristina Barcero, Mərkəzi Cənubi İtaliya Azərbaycanın Dostları Assosiasiyasının sədri Domeniko Letisiya, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliya filialının rəhbəri Sandro Teti, İtalavrasia Venesiya Assosiasiyasının sədri və baş katibi, “Azerbaijan News” və “Eurasia News” qəzetlərinin direktoru Canfranko Vestuto, İtaliya-Azərbaycan Mədəni Mübadilə üzrə Avropa Assosiasiyasının prezidenti Edoardo Paniki, memar Laura Peretti, Albaniya-Azərbaycan dostluq, elm və mədəniyyət cəmiyyətinin sədri Entela Muço təbrik ediblər.

Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ölkəmizin Mərakeş Krallığındakı səfiri Tarik Əliyev, Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Xorvatiyadakı səfiri Kamil Xasıyev təbrik məktubları ünvanlayıblar.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video