01 Dekabr 2011 04:12
371
SİYASƏT
A- A+

Azərbaycanın Baş naziri Artur Rasizadə Qırğızıstanın yeni seçilmiş Prezidenti ilə görüşmüşdür

 

Qırğızıstan Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Bişkekə gələn Azərbaycanın Baş naziri Artur Rasizadə bu ölkənin yeni seçilmiş dövlət başçısı Almazbek Atambayev ilə görüşmüşdür.

Baş nazir Artur Rasizadə Almazbek Atambayevi bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik etmiş, ölkələrimizin əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyini vurğulamışdır.

Almazbek Atambayev Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevi xatırlamış, onun türk dünyasının böyük oğlu olduğunu söyləmişdir.

Görüşdə Qırğızıstan ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. 

Almazbek Atambayev Azərbaycandan neft məhsullarının alınması məsələsinə toxunmuşdur. Qərara alınmışdır ki, Qırğızıstana neft məhsullarının ayrılması ilə bağlı kvota məsələsinə baxılsın. Danışıqlar zamanı ticari-iqtisadi, investisiya, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur.

Qırğızıstanın yeni Prezidenti Azərbaycanın iqtisadiyyatının uğurla inkişafından məmnun olduğunu bildirmişdir.

Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması, onların problemlərinin həlli və digər məsələlər haqqında məlumat vermişdir.

Görüşdə Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev iştirak etmişdir.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Bişkek

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video