18:56 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi vətəndaşların sayı açıqlanıb
 
ANA SƏHİFƏ / TƏHSIL
16:08 15.10.2021

Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində tədris ilinin əvvəlinə bakalavr və magistr səviyyələrində xarici ölkələrin 5256 vətəndaşı təhsil alır. Onların 718-i MDB ölkələrinin, 4538-i isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Gürcüstan, Ukrayna, Türkiyə, Pakistan, İran, Çin və İraq vətəndaşları üstünlük təşkil edirlər.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2021” adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2019/2020-ci tədris ilində 4688 əcnəbi tələbə təhsil alıb. Bu rəqəm 2000/2001-ci tədris ilində isə 1870 nəfər olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM