07 Sentyabr 2011 12:09
375
SİYASƏT
A- A+

Azərbaycanın AFR-dəki səfirliyi Ştutqart şəhərində keçirilməsi planlaşdırılan «Ermənistanın mədəniyyət günləri Ştutqart-2011» çərçivəsində həyata keçirilən təxribatların qarşısını almaqda davam edir

 

Ermənilər Ştutqart şəhərində keçirilməsi planlaşdırılan "Ermənistan mədəniyyət günləri Ştutqart-2011" çərçivəsində təxribatçı fəaliyyətlərini davam etdirirlər. Belə ki, tədbirin təşkilatçıları olan Baden-Vittenberq Erməni İcması və Ştutqart Erməni Mədəniyyət Dərnəyi internet səhifələrində arasında "Dağlıq Qarabağ Respublikasının - Artsaxın 20 illiyi" adlı tədbirin də yer aldığı mədəniyyət günlərinin sponsorları qismində Ştutqart Mədəniyyət İdarəsi və Baden-Vittenberq  əyalətinin Elm, Tədqiqat və Sənət Nazirliyi kimi rəsmi dövlət qurumlarının adlarını göstərmiş və bu qurumların tədbirlərin keçirilməsinə maliyyə dəstəyi göstərdiklərini qeyd etmişlər. Bu məsələdə də əsas məqsəd guya rəsmi alman dövlət qurumlarının Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması təəssüratını yaratmaqdır.

Bununla bağlı AFR-dəki səfirliyimiz və Ştutqartdakı fəxri konsulluğumuz adıçəkilən nazirliyə müvafiq müraciət etmiş, eləcə də etiraz məktubu göndərməklə internetdə yayılan məlumatın araşdırılmasını xahiş etmişlər. Baden-Vittenberq əyalətinin Elm, Tədqiqat və Sənət Nazirliyindən alınan cavab məktubunda nazirliyin "Ermənistan mədəniyyət günləri Ştutqart-2011" adlı tədbirin sponsoru olması faktı təkzib edilmişdir. Nazirlik rəsmisi erməni təşkilatçıların tədbirin keçirilməsinə maliyyə yardımının göstərilməsi ilə bağlı çoxsaylı müraciətlərindən sonra mədəniyyət günləri çərçivəsində keçirilən yalnız iki konsert üçün nazirlik tərəfindən cüzi miqdarda maliyyə yardımı göstərilməsinə razılıq verildiyini bildirmişdir. Bu tədbirlər sentyabrın 17-si və 18-də, müvafiq olaraq, Yeni Qəsr və Ştutqartdakı Foyerze ərazisində yerləşən Yohannes kilsəsində keçiriləcək konsertlərdir. Nazirlik öz adının yalnız bu iki konsertin sponsoru qismində xatırlanmasını dəfələrlə tədbir təşkilatçılarından xahiş etsə də, bədnam qonşularımız bu xoş niyyətdən siyasi məqsədləri üçün istifadə etməkdən çəkinməmişlər. Məktubdan açıq şəkildə anlaşılır ki, sentyabrın 17-18-də baş tutacağı gözlənilən konsertlərin sentyabrın 19-da keçirilməsi planlaşdırılan "Dağlıq Qarabağ Respublikasının - Artsaxın 20 illiyi" adlı tədbirlə heç bir əlaqəsi yoxdur.

Ermənistanın bu və gözlənilən digər təxribatlarının qarşısının alınması istiqamətində səfirlik tərəfindən müvafiq addımların atılması davam etdirilir.

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ştutqart

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video