17 Sentyabr 2013 02:09
255
PARLAMENT
A- A+

Azərbaycanda seçki prosesinin izlənməsi üçün yaradılan şərait yüksək qiymətləndirilmişdir

 

Sentyabrın 16-da Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazə və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani ilə görüşmüşdür.

Oqtay Əsədov Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, vebkameraların quraşdırıldığı 1000-dən artıq seçki məntəqəsində səsvermənin gedişatını izləmək mümkün olacaqdır.

Milli Məclisin Sədri qeyd etmişdir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan və Parlament Assambleyasından müşahidəçilər 9 oktyabr prezident seçkilərini izləyəcəklər. Ümumilikdə, ATƏT indiyədək Azərbaycanda səkkiz seçki prosesini izləmişdir. Oqtay Əsədov ümidvar olduğunu bildirmişdir ki, beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək seçkilərlə bağlı hazırlayacağı hesabatlar dolğun və obyektiv olacaqdır.

Görüşdə, həmçinin Fransa ilə parlamentlərarası əlaqələrin inkişafının önəmi vurğulanmışdır.

Azərbaycanda keçirilən seçkilərin dördündə müşahidəçi qismində iştirak etdiyini qeyd edən Mişel Vuazə ölkəmizdə seçki prosesinin izlənməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirmişdir.

 

Ağaəli MƏMMƏDOV (foto),

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video