08 Oktyabr 2013 02:10
458
PARLAMENT
A- A+

Azərbaycanda seçki prosesi xeyli təkmilləşdirilmişdir

 

ATƏT-in Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri xanım Barnet Dorisin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 7-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Görüşdə Oqtay Əsədov ATƏT Parlament Assambleyasının missiyasının Azərbaycanda prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu bildirmişdir. O, xatırlatmışdır ki, ATƏT 1995-ci ildən Azərbaycanda seçki prosesini izləyir.

Prezident seçkilərinin şəffaf, demokratik şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayan Milli Məclisin Sədri seçki məntəqələrinin 20 faizində veb-kameraların quraşdırıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bütün texniki vasitələrlə təchiz olunmuş seçki məntəqələri hər kəsin üzünə açıqdır.

Nümayəndə heyətinin rəhbəri Barnet Doris prezident seçkilərinə hazırlıq prosesi ilə yaxından tanış olduqlarını söyləmişdir. B.Doris müşahidələrindən və əldə etdikləri məlumatlardan sonra Azərbaycanda seçki prosesinin xeyli təkmilləşdirildiyi qənaətinə gəldiklərini  vurğulamışdır.

 

AzərTAc,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video