12 Oktyabr 2021 23:18
633
İQTİSADİYYAT
A- A+

Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinin monitorinq nəticələri müzakirə edilib

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2021-ci il oktyabrın 12-də “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin nəticələri müzakirə edilib.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, “Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin nəticələrinə dair müzakirələrə Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumların nümayəndələri qatılıb. Görüşlərdə 2018-2020-ci illərdə aidiyyəti qurumlar tərəfindən icra edilmiş tədbirlər, tapşırıqların icrası zamanı qarşıya çıxan çətinliklər və əldə olunan ümumi nəticələr barədə müzakirələr aparılıb.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq icraçı qurumlar bir çox istiqamətlərdə fəaliyyət göstərib və müvafiq tədbirlərin icrasını həyata keçirib. Belə ki, icraçı qurumlar Dövlət Proqramında müəyyən edilmiş tapşırıqlara uyğun olaraq, rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində fəaliyyət göstəriblər.

Dövlət Proqramının əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq ötən 3 il ərzində ölkələrdə əlverişli biznes mühitinin inkişaf etdirilməsi, vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması üçün normativ hüquqi aktların layihələri hazırlanıb, rəqəmsal bankçılığın inkişaf etdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi istiqamətində “Ani Ödənişlər Sistemi”nin (AÖS) yaradılması, aşağı gəlirli əhali qrupları üçün pulsuz “Baza bank xidmətləri paketi”nin tətbiqi istiqamətində mühüm işlər görülüb.

Qeyd edək ki, rəqəmsal ekosistemin inkişaf etdirilməsi ilə bağlı məsələlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 27 aprel tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən qarşıdakı illərdə daha təkmil və prioritet formada davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video