11 Sentyabr 2013 03:09
435
PARLAMENT
A- A+

Azərbaycanda prezident seçkilərinin demokratik standartlara uyğun keçirilməsi üçün hər cür şərait yaradılmışdır

 

Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən Müşahidə Missiyasının başçısı, Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 10-da Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Görüşdə Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu bildirmişdir. Qeyd edilmişdir ki, assambleyanın beynəlxalq monitorinq institutu bundan əvvəl də ölkəmizdə müxtəlif seçki proseslərini izləmiş və sonda nəticələrlə bağlı dolğun, dəqiq, obyektiv hesabat hazırlamışdır.

Leonid Slutski Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı başçılıq etdiyi missiyanın ölkəmizdəki fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, müşahidəçilər respublikamızın ayrı-ayrı bölgələrinə səfərlər etmiş və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyinin şahidi olmuşlar. Azərbaycanda prezident seçkilərinin demokratik standartlara uyğun keçirilməsi üçün hər cür şəraitin yaradıldığı vurğulanmışdır. Mərkəzi Seçki Komissiyasının və yerlərdəki dairə, məntəqə seçki komissiyalarının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən Müşahidə Missiyasının başçısı işlərin qanunvericiliyə, təqvim planına və beynəlxalq standartlara uyğun vaxtında aparıldığını diqqətə çatdırmışdır.

Leonid Slutski avqustun 1-dən sentyabrın 9-dək paytaxtda və bölgələrdə apardıqları müşahidələrin nəticələri barədə aralıq hesabatı Milli Məclisin Sədri Oqtay Əsədova təqdim etmişdir.

Müşahidə Missiyasının üzvləri hazırlıq işlərinin demokratik standartlara uyğun şəkildə aparıldığını, vətəndaşların azad seçim etmələri üçün bütün lazımi şəraitin və təkmil hüquqi bazanın yaradıldığını qeyd etmişlər. Vurğulanmışdır ki, görülən işlər digər ölkələr üçün də yaxşı təcrübə ola bilər.

Görüşdə Azərbaycanda sürətli iqtisadi inkişafla yanaşı, müstəqil, güclü vətəndaş cəmiyyətinin də formalaşdığı diqqətə çatdırılmışdır.

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video