23:19 04 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu Mətbəə məhsullarının hazırlanması və çapı işlərinin satın alınması ilə bağlı açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
01:04 18.06.2021

 

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (Əsas şərtlər toplusunu) əldə etsinlər.

İştirak haqqının ödənilməsi yalnız “ASAN Ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqəyə daxil olduqdan sonra “ASAN Ödəniş”lə ödə düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

 

İştirak haqqı - 800 (səkkiz yüz) manat

Təşkilatın adı: İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)

VÖEN:                       1700202161

Bank rekvizitləri:        Dövlət Xəzinədarlıq Agentliyi

H/h:                             AZ54CTRE00000000000002098326

VÖEN:                       1401555071

Kod:                           210005

Müxbir hesab:             AZ41NABZ01360100000000003944

S.W.I.F.T.       CTREAZ22

Büdcə səviyyəsinin kodu: F7

Büdcə təsnifatının kodu: 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçnın tam adını, onun hüquqi statusunu əks etdirən hüquqi sənədləri və rekvizitləri;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi  ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmaması barədə müvafiq vergi orqanından arayış;

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü güvvədə olmalıdır);

- mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat;

- malgöndərənin ixtisaslarını təsdiq edən sənədlər (malgöndərənin təcrübəsi və fəaliyyət müddəti barədə, kadr potensialı və işçi qüvvəsi haqqında izahlı arayış, malgöndərənin texnoloji avadanlıqların mövcudluğu haqqında arayışı və təsdiqedici sənədləri):

 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları internet Portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 09 iyul 2021-ci il saat 10:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 19 iyul 2021-ci il saat 16:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 22 iyul 2021-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Tenderlə əlaqədar əlavə məlumat almaq üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun meneceri Sənan Davudov ilə Portalın sual-cavab bölümündə əlaqə saxlamaq olar. Əlaqə telefonu: 012 498-01-48.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM