05 Iyun 2021 00:53
1114
İQTİSADİYYAT
A- A+

Azərbaycanda ilk dəfə Saatlıda əkilən kinoa bitkisi sahəsindən yüksək çıxış alınıb

 

Azərbaycanda ilk dəfə Saatlı rayonunda əkilən kinoa bitkisi sahəsindən yüksək çıxış alınıb. “Bəşəriyyətin xilaskarı” adlandırılan bu bitki bölgə iqliminə uyğunlaşdığı üçün kütləvi şəkildə əkini planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi və yem bazasının daha da inkişaf etdirilməsi üçün qeyri-ənənəvi bitkilərin regionlara uyğunlaşdırmaqla sınaq əkini həyata keçirilir. Bu sahədə Əkinçilik və Elmi-Tədqiqat İnstitutunun alimləri həm yerli, həm də xarici sort toxumların pilot əkini üçün layihələr həyata keçirirlər. Saatlıda da bir neçə növ qeyri-ənənəvi bitkinin əkini aparılıb. Bunlar arasında ilk dəfə əkilən kinoa bitkisindən yüksək çıxış əldə olunub.

Əkinçilik və Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Sevil Abbasquliyeva deyir ki, kinoanın tərkibində yüksək protein var. Bu baxımdan qida məhsulu kimi çox əhəmiyyətli bitkidir. Sınaq üçün darı, soya, sorqo, amarand və digər bitki toxumları da əkilib. Əsas diqqəti çəkən bitkilərdən biri də sorqodur. Sorqo, əsasən, quraqlığa dözümlü olması ilə seçilir. Bundan başqa, sınaqdan uğurlu çıxan bitkilərdən biri də amarandır. Yüksək məhsuldarlığı malikdir və yem kimi istifadə olunmaqla yanaşı, dərman preparatlarının hazırlanmasında da faydalıdır. Saatlı rayonu aran bölgəsi olduğu üçün burada, əsasən, susuzluğa və quraqlığa dözümlü bitki toxumları əkilib.

Sınaq əkini aparılan bitkilərin fermerlərə təqdimatı üçün nümayiş də keçirilib. Saatlı və ətraf rayondan olan təsərrüfat sahibləri dəvət olunaraq həmin bitkilərin əkilməsinin əhəmiyyətli tərəfləri onlara izah edilib. Fermerlər qeyri-ənənəvi bitkilərin üstün cəhətləri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video