31 May 2014 03:05
267
Səhiyyə
A- A+

Azərbaycanda hepatit B virusunun vaxtında aşkarlanması məqsədi ilə əhalinin pulsuz müayinəsi keçiriləcəkdir

İyunun 1-dən etibarən Respublika Diaqnostika Mərkəzində bir ay ərzində hepatit B virusunun vaxtında aşkarlanması məqsədi ilə əhali üçün pulsuz laborator analizlər təşkil olunacaqdır.

AzərTAc xəbər verir ki, bu barədə Respublika Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev jurnalistlərə müsahibəsində məlumat vermişdir.
Baş həkim bildirmişdir ki, bu, çox vacib tədbirdir. Dünyada yüz milyonlarla insan bu xəstəliyə yoluxmuşdur. Bu xəstəliyə qarşı vaxtında görülən profilaktik tədbirlər, düzgün diaqnozun qoyulması ümumi xəstəliyin müalicəsində böyük rol oynayır.
R.Ağayev bildirmişdir ki, müayinələr zamanı hər hansı şəxsdə hepatit virusu aşkarlanarsa, mütəxəssislər tərəfindən lazımi konsultasiyalar keçiriləcəkdir. Mərkəzdə virusa qarşı vaksinasiya aparılacaq ki, bu da yarım il ərzində həmin şəxsi hepatit B-dən azad edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video