18:58 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərbaycan”a cavab verirlər: Nöqsanlar aradan qaldırılır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:12 15.10.2021

 

Qəzetimizin 2021-ci il 13 iyul tarixli nömrəsində dərc olunmuş “Cəlilabadda taxıl istehsalı niyə azalıb” başlıqlı məqalədə qaldırılmış problemlərlə (taxıl toxumlarının keyfiyyətsizliyi və fermerlərə taxıl əkininə görə subsidiyaların vaxtında verilməməsi) bağlı Kənd Təsərrüfatı Nazirliyindən redaksiyamıza məktub daxil olmuşdur.

Nazir müavini İlhamə Qədimovanın imzaladığı məktubda yazılır: 

“Bildiririk ki, ölkədə toxum ticarəti azad surətdə həyata keçirilir, satış qiyməti isə tələb və təklifdən asılı olaraq sərbəst formalaşır.

2020-ci ildə ölkədə dənli taxıl bitkilərinin (buğda və arpa) 111274,3 ton sertifikatlı toxumu istehsal edilmişdir ki, bunun da 108714,2 tonu R1 və R2 reproduksiyalı toxum olmuşdur.

2020-ci ildə ölkənin cənubunu (Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) əhatə edən rayonlarda 28 toxumçuluq təsərrüfatı tərəfindən 3734 ton sertifikatlı toxum istehsal edilərək 2021-ci ilin məhsulu üçün səpilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi toxumçuluq təsərrüfatları tərəfindən ölkədə istehsal edilərək kondisiyaya çatdırılmış toxumların sertifikatlaşdırılmasını həyata keçirir və sertifikatlaşdırdığı toxumların səpin keyfiyyətlərinin etibarlığını təsdiqləyir.

Məqalədə qeyd edilən “Moran Aqro” MMC toxumçuluq təsərrüfatı tərəfindən 2020-ci ildə kondisiyaya çatdırılmış 530 ton buğda toxumu Kənd Təsərrüfatı  Nazirliyi yanında  Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən sertifikatlaşdırılmışdır. Lakin tədarük edilmiş, idxal olunmuş, mənşəyi bilinməyən və sertifikatlaşdırılmadan satılmış toxumlar barədə məlumatları Aqrar Xidmətlər Agentliyi əldə edə bilmir. “Moran Aqro” MMC və digər toxum satıcıları tərəfindən bölgələrdə Aqrar Xidmətlər Agentliyi tərəfindən sertifikatlaşdırılmamış və satılmış, mənşəyi məlum olmayan əkin materiallarının keyfiyyətinə məsuliyyət onların öz üzərinə düşür.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 3.0.20-ci və 3.0.26-cı yarımbəndlərinə müvafiq olaraq dövlət reyestrində qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş bitki sort və hibridlərinin istehsalının və satışının qarşısının alınması üçün tədbirlər görmək və qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları və əkin materiallarını çıxdaş etmək və onların toxumluq məqsədilə satışının qarşısını almaq agentliyin vəzifələri olaraq müəyyənləşdirilmişdir. Lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının tələblərinə əsasən agentlik yuxarıda sadalanan vəzifələrini həyata keçirə bilmir.

Məqalədə qeyd edilən nöqsanların aradan qaldırılması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən:

1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında “Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərman layihəsi (dövlət reyestrində qeydə alınmamış, istifadəsi qadağan olunmuş bitki sort və hibridlərinin istehsalının, satışının qarşısının alınması standartların tələblərinə uyğun gəlməyən, keyfiyyət sənədləri olmayan toxumları və əkin materiallarını çıxdaş etmək və onların toxumluq məqsədilə satışının qarşısını almaq) hazırlanaraq müvafiq qaydada baxılması üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim olunmuş, lakin layihənin razılaşdırılması mümkün olmamışdır.

2. 2021-ci ildə dövriyyəyə daxil edilən sertifikatlı toxumların hərəkətinin izlənilməsi üçün vahid etiketləşmə və izlənmə kodu tətbiq edilmişdir.

3. Sertifikatlı toxumlardan istifadənin üstünlükləri barədə maarifləndirmə işləri (KİV-də) həyata keçirilir.

4. Sertifikatlı toxumlardan istifadənin üstünlükləri və məhsul istehsalçılarının əlçatanlığının təmin olunması üçün 2021-ci ilin sentyabr ayında

6 bölgədə, o cümlədən Cəlilabad rayonunda “Toxum nümayişi və satışı” sərgi-yarmarkaları keçirilmişdir.

Eyni zamanda məqalədə Cəlilabad və digər rayonlar üzrə fermerlərə apardıqları əkinlərə görə dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyasının vaxtında verilməməsi nəticəsində taxılçılıqda məhsuldarlığın aşağı düşməsi, habelə bəzi fermerlərin torpaq sənədlərinin qaydasında olmaması ilə əlaqədar subsidiyanı ala bilməməsi qeyd olunmuşdur.

Bildiririk ki, 2021-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na və fərmanın 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il 30 dekabr tarixli 05Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri”nə uyğun olaraq “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS) vasitəsilə həyata keçirilir.

Qaydanın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən, seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirir. Qaydanın 5.2-ci bəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda, veriləcək subsidiya azaldılır və ya cari il və sonrakı il subsidiya ödənilmir.

Qaydanın və müvafiq reqlamentin tələblərinə uyğun torpaq sənədlərini və məlumatlarını EKTİS-ə daxil etməyən fermerlərə sistem tərəfindən subsidiya hesablanmır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlərini EKTİS-ə daxil edən və əkin subsidiyasına müraciət edən fermerlərə bəyan etdikləri əkinlərə görə monitorinqin nəticələrinə uyğun olaraq hesablanmış əkin subsidiyasının ödənilməsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təmin edilir.

Belə ki, 2020-2021-ci ilin əkin dövrü üzrə Cəlilabad rayonunda Qaydaya uyğun olaraq payızlıq əkinlərə müraciət etmiş 15782 fermerdən 15544 fermerə (fermerlərin 98,5 faizini əhatə etməklə) yazlıq əkinlər üzrə 1265 fermerdən 1195 fermerə (fermerlərin 94,5 faizini əhatə etməklə) müvafiq olaraq cari ilin mart-aprel və iyun-iyul aylarında əkin subsidiyasının vaxtında verilməsi təmin edilmişdir. Həmçinin Qaydanın 5.2-ci bəndinə əsasən subsidiya bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduğuna görə (yəni fermer əkinlə bağlı yanlış məlumatları EKTİS-ə daxil etdiyi üçün) 85 fermerə subsidiya ödənişi həyata keçirilməmişdir. EKTİS-də qeydiyyatdan keçib əkin bəyan edən, yalnız torpaqdan istifadə hüququna dair sənədləri olmayan və ya sənədləri qaydasında olmayan fermerlər barədə məlumat dövri olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunur. Belə vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək istifadə hüququna dair sənədlərini əldə etdikdən sonra növbəti dövrdə subsidiya almaq üçün müraciət edə bilərlər”.

 

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM