10:11 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Azərbaycan xalçaları - Şirvan qrupu» kitabçası çapdan çıxmışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:02 21.02.2012

 

"Azər-İlmə" xalçaçılıq müəssisəsi növbəti nəfis nəşrini oxuculara təqdim edir. "Azərbaycan xalçaları öz qrupları" ilə silsiləsindən "Azərbaycan xalçaları - Şirvan qrupu" kitabçası işıq üzü görmüşdür.

"Azər-İlmə"dən AzərTAc-a bildirmişlər ki, ilk dəfə olaraq bu kitabçada Şirvan xalçaçılığının inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri ətraflı tədqiq olunmuşdur. Oxucular bu nəşr əsasında Şirvan bölgəsində toxunan ən nadir xalçalarla, onların özünəməxsus cəhətləri, toxunma texnologiyası, rəng və kompozisiya xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Azərbaycanın tarixi-coğrafi ərazisi olan Şirvan qədim adət-ənənəsi, zəngin mədəni irsi ilə həmişə fərqlənmişdir. Burada toxunan xalçalar da tarixən çeşnilərinin orijinallığı, naxış və ornamentinin zənginliyi baxımından zövqləri oxşamışdır. Son orta əsrlərdə toxunmuş Şamaxı xalçalarına Afinanın "Benaki", Nyu-Yorkun  "Metropoliten", Londonun "Viktoriya və Albert", Sankt-Peterburqun muzeylərində rast gəlmək olar.

Yeni çapdan çıxmış kitabçada bölgənin tarixinə, xalçaçılıq ənənələrinə nəzər yetirilmiş, 23 əntiq və müasir xalça nümunəsi, onların təsviri və xarakteristikası verilmişdir.          

Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində çap olunan kitabçanın beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulmuşdur.

Kitabçada yer alan Şirvan xalçaları "Azər-İlmə"nin kolleksiyasında qorunur. Layihənin rəhbəri professor Vidadi Muradovdur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM