16 Oktyabr 2021 21:54
1428
PARLAMENT
A- A+

Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

 

Oktyabrın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Əli Hüseynli Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi ərəfəsində Ukrayna nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, ötən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistan tərəfindən ərazilərimizin 30 il davam edən işğalına son qoyub, ərazi bütövlüyünü təmin edib. O, ukraynalı qonaqlara münaqişənin artıq tarixə qovuşduğunu bildirib, azad edilmiş ərazilərdə işğalın ağır nəticələrinin aradan qaldırılması üçün görülən işlərdən bəhs edib. Əli Hüseynli 44 günlük müharibənin ilk günündən Ukrayna dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndirib.

Milli Məclis sədrinin birinci müavini parlamentlərdəki qarşılıqlı dostluq qruplarının əlaqələrimizin daha da inkişafına verəcəyi töhfələrdən, qanunverici orqanların beynəlxalq qurumlar çərçivəsindəki əməkdaşlığının möhkəmləndirilməsindən danışıb. Əli Hüseynli Azərbaycan-Ukrayna münasibətlərinin bundan sonra daha da dərinləşəcəyinə inamını ifadə edib.

Tədbirdə Ali Radanın Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko, qrupun üzvləri Lyudmila Marçenko, Maryan Zablotski, Ukraynadakı “Həmrəy Azərbaycanlılar Diasporu”nun rəhbəri Hikmət Cavadov çıxış ediblər. Onlar əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolunu qeyd ediblər. Qonaqlar Azərbaycanın Zəfərini ədalətin qələbəsi kimi dəyərləndiriblər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqın bir yumruq kimi birləşməsini 44 günlük Vətən Müharibəsində qələbənin əldə olunmasında mühüm amil adlandırıblar.

Ali Radanın deputatları işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Azərbaycana uğurlar arzulayıblar və bütün məcburi köçkünlərin tezliklə doğma torpaqlara qayıdacağı, ermənilər tərəfindən viran edilmiş ərazilərdə həyatın yenidən qaynayacağı günlərin yaxında olduğuna inamlarını ifadə ediblər.

Söhbət zamanı Ukrayna parlamentində Xocalı soyqırımına dair qərarın qəbul edilməsi məsələsi qaldırılıb, birgə əməkdaşlığın müxtəlif aspektləri, gələcək perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, deputat Anar Məmmədov, Ali Radanın Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video