18 Oktyabr 2011 03:10
396
İQTİSADİYYAT
A- A+

Azərbaycan və Ukrayna gömrük sahəsində yeni perspektiv istiqamətlər üzrə işləyəcəklər

 

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 1,1 milyard ABŞ dollarına çatıb. Bunu Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kaletnik bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi dinamik şəkildə ilbəil artır: "Azərbaycan nefti Ukraynaya ixrac olunan neft məhsulları sırasında ikinci yeri tutur. Öz növbəsində Ukraynadan Azərbaycana ərzaq məhsulları ixrac olunur". İ.Kaletnik onu da bildirib ki, Azərbaycanla Ukrayna gömrük sahəsində yeni perspektiv istiqamətlər işləyib hazırlamalı, bununla da hər iki ölkənin biznes sektorunun inkişaf etdirilib ticarət dövriyyəsinin artırılmasına təkan verilməlidir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video