28 Oktyabr 2021 18:56
1108
CƏMİYYƏT
A- A+

Azərbaycan və Türkiyənin din xadimləri Ağdama səfər ediblər  

Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaşın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfərdə qonaqları Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və idarə əməkdaşları müşayiət ediblər.

AZƏRTAC xəbər verir ki, yolboyu səfər iştirakçılarına ermənilər tərəfindən qurulan istehkamlar barədə məlumat verilib.

Həmçinin qeyd edilib ki, Ağdam rayonu üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Ermənistan tərəfindən tam boşaldılıb. Rayonun ərazisində keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Ermənistan kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur oldu, bu yerlər işğaldan itkisiz azad edildi.

Qonaqlar əvvəlcə Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında qətlə yetirilən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Səfər iştirakçıları Milli qəhrəmanların da məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Din xadimləri Ağdam Cümə məscidi ilə də tanış olublar.

Nümayəndə heyətinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan və Türkiyədən olan din xadimlərini Ağdamda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov müşayiət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video