19 Oktyabr 2021 10:34
611
PARLAMENT
A- A+

Azərbaycan və Türkiyə parlamentariləri Ankarada bir araya gəliblər

 

Ankarada Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım və qrupun digər üzvləri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində keçirilən görüşdə iki qardaş ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri, regional məsələlər, gündəlikdə olan digər aktual məsələlər müzakirə olunub.

Keçirilən görüşün Azərbaycanın müstəqilliyinin bərpası gününə təsadüf etməsi xoş sözlərlə ifadə olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun şanlı Qələbə qazanmasına Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək dəyərləndirən komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycan xalqı da hər zaman olduğu kimi bundan sonra da Türkiyə xalqının yanında olmağa davam edəcək.

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparan deputatlar diqqətə çatdırıblar ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamı, sözün əsl mənasında, Azərbaycan-Türkiyə münasibətlərində həyat gerçəyinə çevrilib.

Qeyd edək ki, deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyevin də daxil olduqları Azərbaycan parlament heyəti Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcək.

Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Tədbirin sonunda mətbuat konfransı keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video