Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsi üzrə əməkdaşlıq davam edir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan hökuməti arasında Tərəfdaşlıq Proqramı (FATP) sazişi üzrə layihələrin icrası uğurla davam etdirilir.
Bu layihələrin fəaliyyət planına əsasən Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri, Aqrar İnkişaf Könüllüləri təşkilatının rəhbəri, həmçinin layihənin benefisiar fermerlərinin iştirakı ilə Türkiyədə təlim səfəri başlayıb.
Səfərin məqsədi kəndli fermer qadınları və aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün “Qadınların iqtisadi güclərinin artırılması” (WEP), eləcə də AMAL layihələri çərçivəsində gənclərin və qadınların məşğulluğunun, kənd qadınlarının bacarıqlarının artırılması, müasir tələblərə əsaslanan bacarıqların inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasında innovativ metodlar, müasir texnologiyalar, startap və sahibkarlığa texniki dəstəklə bağlı kənd yerlərində həyata keçirilən ən yaxşı təcrübələrlə yerində tanış olmaqdır.
Səfərin ilk günündə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı İslahatlar baş idarəsinin müdir müavini Osman Yıldız, nazirliyin Təlim və təbliğat şöbəsinin müdiri Mehmet Ergünlə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Türkiyədə icra edilən innovativ layihələr, aqrar sahədə innovasiyaların təşviq və tətbiqi, aqrar startapların inkişafı, innovativ metodlardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsi və aqrar idarəetmənin təkmilləşdirilməsi istiqamətində gələcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi və əməkdaşlıq imkanları müzakirə edilib. Aqrar Kredit və İnkişaf Agentliyinın sədr müavini Leyla Məmmədova agentliyin fəaliyyət istiqamətləri, kənd təsərrüfatının prioritet istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla birlikdə icra edilən layihələr və əldə edilən uğurlu nəticələrdən bəhs edib.
FATP-nin meneceri Namiq Məmmədov isə kənd yerlərində qadınların iqtisadi cəhətdən gücləndirilməsi, ümumilikdə proqram çərçivəsində icra olunan layihələr barədə məlumat verib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!