15:18 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Türkiyə alimləri COVID-19 və xərçəng xəstəlikləri ilə mübarizədə mühüm nəticələr əldə ediblər

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:26 04.09.2021

 

Son zamanlar virus və xərçəng xəstəliklərinə qarşı mübarizədə antivirus və antixərçəng peptidləri üzrə geniş tədqiqatlar aparılır. Bioaktiv peptidlər insan orqanizminə toksik təsir etməməklə yanaşı, virus və xərçəng əleyhinə çox effektiv xüsusiyyətlərə malikdir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində aparılan birgə tədqiqatlar nəticəsində düyü kəpəyi zülalının hidrolizi əsasında əldə edilən kationik EQRPR peptidin xərçəng xəstəliyinə və COVID-19 infeksiyasına qarşı mübarizədə tətbiq oluna bilməsi və onların təsir mexanizmləri tədqiq edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədqiqat işlərinə Azərbaycan tərəfindən Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyev, AMEA-nın müxbir üzvü Biofizika İnstitutunun direktoru Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru Niftalı Qocayev, Türkiyə tərəfindən isə professor Sevim Akuyuz rəhbərlik edir.

Aparılan kompleks tədqiqatlarda həm nəzəri (molekulyar dokinq, molekulyar mexanika), həm də eksperimental (Furye Çevirici İnfraqırmızı Spektroskopiya, Raman spektroskopiyası, Dairəvi dixroizm və Elektron Paramaqnit Rezonansı Spektroskopiyası) metodlardan geniş istifadə olunub. Bundan başqa, EQRPR peptidinin həm nöqtəvi D-izomer dəyişmələri, həm də tam D-izomer peptidləri sintez edilib və onların dərman xüsusiyyətlərinin dəyişməsi tədqiq edilib.

Qeyd edək ki, iki ölkənin alimləri tərəfindən ilk dəfə molekulyar dokinq metodunu tətbiq etməklə peptid və onların D-izomer analoqlarının ACE2, SARS-CoV-2 virusunun S- və Mpro zülalları ilə birləşmə kompleksləri göstərilib, həmçinin komplekslərin birləşmə konstantları hesablanaraq mümkün kliniki profilləri təyin edilib. Tədqiq olunan EQRPR peptidinin multifunksional olması göstərilib.

Mütəxəssislərin bildirdiyinə görə, peptid bir sıra mühüm inteqrinlərlə birləşə bilir. Bu da həm SARS-CoV-2 virusu infeksiyasından, həm də xərçəng xəstəliklərinə qarşı mübarizədə geniş istifadə oluna bilər.

Mühüm nəticələrdən biri də multifunksional peptidin müxtəlif zülallarla birləşmə xüsusiyyətinin müxtəlif nöqtələrində D-izomer dəyişməsi aparmaqla modulyasiya edilə bilməsidir. EQRPR peptidinin ikincili quruluşu müxtəlif spektroskopik metodlarla, fəza quruluşu isə nəzəri əsaslarla hesablanıb. Eksperimental və nəzəri işlərdən alınan nəticələrin bir-biri ilə uğurlu şəkildə uzlaşması təqdirəlayiqdir.

Ağciyər xərçəngi hüceyrələrində aparılan ilkin tədqiqatlarda EQRPR peptidinin hüceyrə membranı ilə qarşılıqlı təsirdə olduğu göstərilib. Layihə üzrə alınan mühüm nəticələr yüksək impakt faktorlu “Molecular Graphics and Modelling” beynəlxalq jurnalında çap olunan məqalədə (Evaluation of anti-cancer and anti-COVID-19 properties of cationic pentapeptide Glu-Gln-Arg-Pro-Arg, from rice bran protein and its d-isomer analogs through molecular docking) öz əksini tapıb.

Qeyd olunub ki, mühüm kliniki və fundamental əhəmiyyətə malik olan tədqiqat işləri davam etdirilir.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM