16:14 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Qazaxıstan investisiya sahəsində əməkdaşlığı inkişaf etdirir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
21:48 21.10.2021

 

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru Ruslan Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 21-22-də Qazaxıstana işgüzar səfəri zamanı ölkənin milli sərvət fondu “Samruk-Kazyna”nın idarə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, “Samruk-Kazyna”nın baş qərargahında keçirilən görüşlərdə tərəflər nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələr üzrə müzakirələr aparıb, eləcə də hər iki ölkənin sənayeləşməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həmkarları ilə müxtəlif strategiyaları müzakirə edib, təcrübə mübadiləsi aparıblar.

Müzakirələrin davamı olaraq AİH və “Samruk-Kazyna”nın rəhbərləri tərəfindən qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcək əməkdaşlıq memorandumu imzalanıb.

AİH-in baş icraçı direktoru Ruslan Əlixanov sənədlə bağlı qeyd edib: “Bu sənəd tərəflər üçün yeni bir başlanğıcdır və ölkələrimiz arasında onsuz da sıx olan əlaqələrin daha sıxlaşmasında mühüm rol oynayacaq. Əminəm ki, qarşılıqlı səylərimiz gələcəkdə həm AİH, həm də “Samruk-Kazyna”nın səmərəli nəticələr əldə etməsinə töhfə verəcək”.

Əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı fikirlərini bildirən “Samruk-Kazyna”nın baş icraçı direktoru Almassadam Satkaliyev qeyd edib: “Bundan sonra əməkdaşlığımız daha da güclənəcək, dərinləşəcək və daha geniş inkişaf edəcək. Bu gün imzaladığımız əməkdaşlıq memorandumu hər iki təşkilat arasında keyfiyyətcə yeni bir səviyyədə əməkdaşlığa başlamağa imkan verir və eləcə də ölkələrimizin iqtisadi potensialının artmasına xidmət edəcək”.

Səfər proqramı çərçivəsində AİH nümayəndə heyəti, eyni zamanda, Qazaxıstan Respublikasının əsas qurumlarından biri olan Bayterek Milli İdarəetmə Holdinqinin rəhbərliyi ilə də görüş keçirib, bank və maliyyə sektorlarında potensial əməkdaşlıq ətrafında müzakirələr aparıb.

“Samruk-Kazyna” SC 2008-ci ildə Qazaxıstan Respublikasının Prezidentinin Fərmanına əsasən yaranıb. Biznes qurumu olan bu fondun əsas missiyası Qazaxıstan Respublikasının rifahını yaxşılaşdırmaq və gələcək nəsillər üçün davamlı gəlirliliyi təmin etməkdir. Fondun idarəetməsinə neft və qaz, nəqliyyat və logistika, eləcə də kimya və nüvə sənayesi üzrə müxtəlif dövlət qurumları daxildir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM