05 Noyabr 2021 13:28
684
Mədəniyyət
A- A+

Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

 

Mədəniyyət naziri Anar Kərimov Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfiri səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan ilə Qazaxıstan arasında çoxəsrlik tarixə malik dostluq əlaqələrini, ortaq türk mənşəli, ortaq dini, dili, mədəni və mənəvi əlaqələri olan qardaş dövlətlərimiz və xalqlarımız arasında hərtərəfli münasibətlərin inkişafını, müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib. Əlavə edib ki, dövlət başçıları səviyyəsində münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək səviyyəli rəsmi və işgüzar səfərlərin həyata keçirilməsi müxtəlif sahələrdə mühüm addımların atılmasını və müsbət nəticələrin əldə olunmasını şərtləndirir.

Ölkələrimizin qlobal arenada, TÜRKSOY, Türk Şurası, UNESCO kimi beynəlxalq təşkilatlar çərçivəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəklədiyini vurğulayan nazir dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından danışıb və Qazaxıstanı bu çağırışa qoşulmağa dəvət edib.

İkitərəfli münasibətlərin, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu və birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdıran Anar Kərimov kino sahəsində işbirliyini, kitabxanalar və muzeylərimiz arasında təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Serjan Abdıkarimov dost və qardaş ölkələr olan Qazaxıstan və Azərbaycan arasında demək olar ki, bütün sahələr üzrə sıx əlaqələri qeyd edib, mədəniyyət sahəsində birgə fəaliyyətin və müştərək layihələrin həyata keçirilməsinin önəmini dəstəkləyib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunan diplomat Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əlaqələrdən və birgə layihələrdən bəhs edib.

Söhbət zamanı Qazaxıstanın ölkəmizin haqlı mövqeyini və ərazi bütövlüyünü hər zaman müdafiə etdiyi vurğulanıb, işğaldan azad olunan Azərbaycan ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində dəstəyə hazır olduğu ifadə edilib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video