14:20 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Macarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər
ANA SƏHİFƏ / SƏFƏRLƏR
04:11 12.11.2011

 

Noyabrın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstan Respublikasının Prezidenti Pal Şmitt mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə bu səfər tarixi xarakter daşıyır və çox şadam ki, səfər çox uğurlu keçir.

Bu gün keçirdiyimiz danışıqlar, apardığımız müzakirələr Macarıstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Doğrudan da, aramızda çox gözəl siyasi əlaqələr vardır. Bu əlaqələr artıq sınaqdan keçibdir. Biz beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik və Sizin səfəriniz əlbəttə ki, siyasi əlaqələrə yeni təkan verəcəkdir. Mən bilirəm ki, Sizinlə birlikdə Azərbaycana biznes dairələrini təmsil edən böyük heyət gəlmişdir. Bu gün Macarıstan-Azərbaycan biznes forumu da keçirilir və əminəm ki, biznes dairələri arasında olan əlaqələr iqtisadi əməkdaşlığımıza da güclü təkan verəcəkdir. Çünki biz bu sahədə hələ işləməliyik. İqtisadi əməkdaşlıq siyasi əməkdaşlığın səviyyəsinə çatmalıdır. Əminəm ki, biznes forumun keçirilməsi bu işdə bizə kömək göstərəcəkdir.

Mən hesab edirəm ki, iqtisadi sahədə uğurlu əməkdaşlıq aparmaq üçün çox yaxşı imkanlar, perspektivlər vardır, ölkələrin potensialı da kifayət qədər güclüdür. Sadəcə, biznes strukturları bir-biri ilə daha da sıx əlaqədə olmalıdırlar. Əminəm ki, biz bu sahədə də gözəl nəticələri görəcəyik.

Bu gün müzakirə etdiyimiz məsələlərin arasında regional təhlükəsizlik məsələlərinə də toxunduq. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini mən Sizə ifadə etdim. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimiz beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar əsasında formalaşmışdır. Bu münaqişənin həlli əlbəttə ki, yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında olmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar. Məsələ ilə bağlı kifayət qədər böyük sayda qərarlar verilmişdir. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirmişdir. Biz ümid edirik ki, tezliklə bu məsələ beynəlxalq normalar əsasında, Azərbaycanın ərazi bütövlüyü şərtilə həllini tapacaqdır.

Biz bu gün, eyni zamanda, energetika sahəsində əməkdaşlığa da öz münasibətimizi bildirdik. Bu sahədə Macarıstan ilə Azərbaycan arasında əlaqələrin çox gözəl perspektivləri vardır. Mən ümid edirəm ki, yaxın illərdə bu sahədə, xüsusilə qaz sahəsində ölkələrimiz arasında əməkdaşlığın yeni formaları yaranacaqdır. Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir. Təşəbbüsümüzlə həyata keçirilən enerji layihələri nəinki bizim, eyni zamanda, region ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Avropa ölkələri ilə  enerji sahəsində əməkdaşlığımız çox uğurludur. Azərbaycan nefti artıq bir neçə il ərzində Avropa bazarlarına çıxarılır və əminəm ki,  qazla bağlı təşəbbüslərimiz də bizə eyni səviyyədə uğur gətirəcəkdir. Əlbəttə ki, enerji sahəsindəki əməkdaşlıq iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcəkdir. Mən çox şadam ki, ölkələrimizin enerji şirkətləri də çox sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq əlbəttə ki, ümumi Macarıstan-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərməkdədir.

Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində, xüsusilə "Cənub" qaz dəhlizi ilə bağlı uğurlu əməkdaşlıq edir. Bu məsələ ilə bağlı bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan  arasında Bəyannamə imzalanmış, işçi qrupu yaradılmışdır. Hazırda işçi qrupunun nümayəndələri çox sıx əməkdaşlıq edərək "Cənub" qaz dəhlizinin reallaşması üçün səylərini göstərməkdədirlər. Bir sözlə, enerji sahəsindəki əməkdaşlıq bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərəcəkdir. Bu əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulubdur. Əminəm ki, bu əməkdaşlığın çox gözəl gələcəyi vardır. Bununla bərabər, qeyd etməliyəm ki, bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Macarıstan bütün dövrlərdə bu əməkdaşlığa öz dəstəyini vermişdir. Biz bu dəstəyi bu gün də hiss edirik və buna görə Sizə minnətdarıq.

Bu yaxınlarda "Şərq tərəfdaşlığı" sammiti keçirilmişdir və Azərbaycan sammitdə iştirak etmişdir. Bu sammitdə əldə edilmiş nəticələr imkan verəcək ki, növbəti illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoysun. Bu əlaqələrin çox gözəl perspektivləri vardır. Bu əlaqələr qarşılıqlı maraqlar, qarşılıqlı hörmət və etimad üzərində qurulur.

Bu gün biz Sizinlə mədəniyyət, humanitar sahədə əməkdaşlığa da toxunduq. Bu sahədə əməkdaşlığın qədim tarixi kökləri vardır. Eyni zamanda, indiki dövrdə də bu sahədə əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açılır. Bizim ölkələrin vətəndaşları bir-birini daha da yaxından tanımalıdırlar, daha da sıx təmasda olmalıdırlar. Əminəm ki, Sizin səfəriniz və bizim cəmiyyətlərə göndərilən çox gözəl və müsbət siqnal əlbəttə, insanlar arasındakı əlaqələrə də müsbət təsir göstərəcəkdir.

Bütövlükdə, cənab Prezident, qeyd etməliyəm ki, biz Macarıstan ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bir daha demək istəyirəm ki, bu əməkdaşlığın artıq gözəl tarixi vardır. Gələn il biz diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini qeyd edəcəyik. Münasibətlərimizin mahiyyəti və məzmunu da çox dəyərlidir. Ən önəmlisi ondan ibarətdir ki, perspektivlər də çox ümidvericidir.

Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, bir daha Sizə "Xoş gəlmisiniz!" deyirəm.

 

Macarıstan Respublikasının Prezidenti Pal Şmittin bəyanatı

 

- Hörmətli cənab Prezident!

Hörmətli media nümayəndələri, xanımlar və cənablar!

Mən bir daha bəyan etmək istəyirəm ki, bu dəvətə görə  Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Əslində bu elə bir fürsətdir ki, xalqlarımız bir-birinə daha da yaxınlaşır və öz aralarında daha sıx əlaqələr qururlar.

Cənab Prezident artıq Macarıstana səfər etmişdir. Bir il öncə Baş nazir Orban Azərbaycana səfər etmişdir. Bu səfərlər zamanı çox mühüm danışıqlar aparılmışdır.

Mən Macarıstan Prezidenti kimi Azərbaycana, müstəqil ölkənizə ilk səfər edirəm və mən burada tək deyiləm. Mühüm hökumət üzvləri, ölkəmizin işgüzar dairələrinin təmsilçiləri məni müşayiət edirlər. Mən dərin təşəkkürümü bildirirəm ki, burada biznes forum təşkil olunacaqdır. Mən şəxsən öz mövqeyimi bildirmək istəyirəm ki, biz münasibətlərimizin inkişafına çox ciddi şəkildə yanaşırıq.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, biz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində çox dostcasına, mehribancasına bir mübarizə apardıq. Biz də istərdik ki, qeyri-daimi üzvlüyə seçilək. Lakin Azərbaycanın qələbəsi, həmçinin bizim də ürəyimizcə oldu. Biz Azərbaycana sıx, yaxın tərəfdaş kimi yanaşırıq. Bizim mədəni köklərimiz vardır. Biz burada bir çox sözləri məhz bu sahəyə aid söylədik. Biz, həmçinin ikitərəfli münasibətlər çərçivəsində, Macarıstan ilə Azərbaycan arasındakı əlaqələr sahəsində və eyni zamanda, Avropa İttifaqı ilə münasibətlər sahəsində bir çox addımları atırıq. Biz bundan sonra da əlimizdən gələni edəcəyik ki, Azərbaycan xalqı mümkün qədər qısa müddət ərzində asanlıqla vizalar ala bilsin və səfərlər etsin. Mən çox şadam ki, bu danışıqlar sürətləndiriləcəkdir.

Biz bu gün çox mühüm danışıqlar apardıq. Əslində bizim görə biləcəyimiz işlər, xalqlarımız, azərbaycanlı dostlarımız üçün görəcəyimiz işlər əsasən kənd təsərrüfatı, suvarma, suyun təmizlənməsi sahələrindəki işlərə aid olan məsələlərdir ki, Macarıstanın bu sahədə böyük təcrübəsi vardır. Macarıstanda əczaçılıq sənayesi inkişaf etmişdir və biz çox istərdik ki, siz də müxtəlif tenderlərdə iştirak edəsiniz.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, hazırda, demək olar, bütün Avropanın diqqəti Bakıya yönəlib. Çünki hamı o ümidlə yaşayır ki, məhz bu marşrutda, buradan Avropaya çatdırılacaq enerji resurslarının marşrutlarında şaxələndirmə təmin olunacaqdır.

Mən mədəniyyət, idman, təhsil, elm sahələrindəki əməkdaşlığımızı da qeyd etmək istərdim. Mən cənab Prezidentin diqqətini bir fakta yönəltdim ki, biz hər il böyük, mühüm tədbirlər keçiririk. Onlardan biri qurultay adlanır və həmin tədbirdə dörddəbir milyon şəxs iştirak edir. Əslində həmin tədbirlər çərçivəsində biz öz ümumi köklərimizi müzakirə edirik. Hesab edirəm ki, ölkələrimiz arasında münasibətlər dostluğa əsaslanır.

Biznes sahəsində də əlaqələrimiz genişlənir və bizim üçün olduqca vacibdir ki, həmçinin insanlar arasında da yaxınlaşma olsun. Biz çox mühüm sazişlərin imzalanmasında iştirak etdik. İki ölkənin əməkdaşlığı bir sıra qanunverici sənədlərlə tənzimlənir. Bu gün imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Biz hesab edirik ki, bu, aramızda olan etimadı daha da gücləndirəcək və müvafiq qurumlar arasında əməkdaşlıq genişlənəcəkdir. Mən bundan sonra da qurumlarımızdan təkliflər gözləyirəm. Bu gün bizim növbəti danışıqlarımız olacaq. Mən parlamentin spikeri ilə, Baş nazir ilə görüşlər keçirəcəyəm.

Cənab Prezident, Sizə olduqca minnətdaram, Siz gözəl bir sürpriz hazırlamısınız. Bəstəkar Listin əsərlərinə həsr olunmuş  konsert təşkil olunacaqdır. Biz Sizə çox minnətdarıq ki, Avropa musiqisinin təmsilçisinə bu qədər diqqətlə yanaşırsınız.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM