01:42 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
 
ANA SƏHİFƏ / PARLAMENT
23:59 25.02.2021

 

Fevralın 25-də Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun ümumi illik iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Qrupun sədri Bob Bləkmən başda olmaqla Qrupun Lordlar və İcmalar Palatasından olan üzvləri, Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycanın Birləşmiş Krallıqdakı Səfiri Tahir Tağızadə və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev iştirak edib.

Ümumi illik yığıncaqda Bob Bləkmən yenidən Parlamentin Azərbaycan Qrupunun sədri vəzifəsinə təsdiqlənib və Qrupun rəhbər heyətinin tərkibi müəyyənləşdirilib.

Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində keçirilmiş iclasda sədr Bob Bləkmən Azərbaycan xalqına və faciə qurbanlarının yaxınlarına başsağlığı verib və bununla bağlı İcmalar Palatasında irəli sürdüyü ilkin qanunvericilik təşəbbüsündən bəhs edərək bu kimi faciələrin baş verməməsi üçün bundan sonra da belə anma tədbirlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan Qrupunun sədri və üzvləri çıxışlarında Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini məmnunluqla qeyd edərək işğaldan azad edilmiş ərazilərə səfər etmək niyyətini diqqətə çatdırıblar.

Görüşdə çıxış edən səfir Tahir Tağızadə regiondakı cari vəziyyət haqqında məlumat verib, Avropa Qonşuluq və Amerika regionu üzrə dövlət naziri Vendi Mortonun 8-10 fevral tarixində Azərbaycana səfərinin nəticələrinə toxunub. Səfərin çox uğurlu keçdiyini qeyd edən səfir, yeni şəraitdə ölkələrimiz arasında işğaldan azad edilmiş ərazilərin bərpası da daxil olmaqla geniş miqyaslı əməkdaşlıq üçün yeni imkanların olduğunu vurğulayıb.

Söhbət zamanı Milli Məclisin üzvü Cavanşir Feyziyev Azərbaycan Qupunun üzvlərini ölkəmizə səfərə dəvət edərək bu səfər zamanı işğaldan azad edilmiş ərazilərdə vəziyyətlə tanışlıq imkanı əldə edəcəklərini vurğulayıb.

Sonra Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev bu məzmunda söhbətin davamı olaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud vəziyyətlə bağlı parlamentarilərin və beynəlxalq jurnalistlərin məlumatlandırılması istiqamətində görülən işlər haqqında məlumat verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM