13 Oktyabr 2011 08:10
526
Səfərlər
A- A+

Azərbaycan və Avstriya prezidentlərinin geniş tərkibdə görüşü

 

Oktyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Sizi bir daha Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz bizim üçün, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çox əhəmiyyətlidir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaqdır.

Biz bir sıra mühüm sənədləri imzalamağı və bir sıra müxtəlif məsələləri ətraflı müzakirə etməyi planlaşdırırıq. İkitərəfli münasibətlərin gündəliyi kifayət qədər genişdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla enerji əməkdaşlığı, iqtisadi fəaliyyət sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etməyə hazırıq. Biz sürətlə inkişaf edən ikitərəfli münasibətlərimizdə yeni mərhələyə qədəm qoyuruq.

Mən bilirəm ki, iqtisadi sahədə qarşılıqlı maraqlar vardır. İşgüzar dairələr arasında görüşlər keçiriləcəkdir. Mədəniyyət sahəsində də bizim yaxşı nəticələrimiz vardır.

Mən düşünürəm ki, əməkdaşlığımızın səviyyəsindən qane ola bilərik. Əlbəttə ki, Sizin səfəriniz bu əlaqələri daha da gücləndirir və əminəm ki, bu da çox yaxşı nəticələr verəcəkdir.

Bir daha Azərbaycana xoş gəlmisiniz.

* * *

Avstriya Respublikasının Federal Prezidenti Haynts FİŞER səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

- Çox sağ olun, cənab Prezident!

Mən Sizin atanızın 2000-ci ildə Avstriyaya səfərini xatırlayıram. O vaxtdan on bir il keçmişdir, bir çox dəyişikliklər baş vermişdir. Böyük inkişaf vardır. Ölkəniz inkişaf tempi baxımından böyük addımlar atmışdır. Bu, çox təqdirəlayiqdir. Bu münasibətlə təbriklərimi bildirirəm. 

Mənə və məni müşayiət edən nümayəndə heyətinə səfərə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Sizin dəvətinizi böyük məmnuniyyətlə qəbul etdim. Nümayəndə heyətimizin tərkibi təkcə siyasətçilər və diplomatlardan ibarət deyildir. Buraya həmçinin işgüzar dairələrdən, elm və turizm sahələrindən nümayəndələr daxildir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video