07:24 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan vahid rəqəmsal ticarət bazarına inteqrasiya olunur

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:18 22.06.2021

 

Dördüncü sənaye inqilabının çağırışlarına uyğun olaraq, Azərbaycan Böyük Britaniyadan sonra Rəqəmsal Ticarət Qovşağı (RTQ) yaradan ikinci ölkədir. RTQ Azərbaycana regionda qeyri-neft sektoru üzrə ən rahat investisiya mühiti yaratmağa və xarici investorlar üçün olduqca cəlbedici ölkəyə çevrilməyə imkan verir.

Ölkələr arasında rəqabətin gücləndiyi dövrdə belə bir islahatın aparılması mükəmməl düşünülmüş iqtisadi qərardır. Rəqəmsal Ticarət Qovşağı vasitəsilə biz  həmçinin dünyada ilk mobil rezidentlik və Estoniyadan sonra ikinci elektron rezidentlik təqdim edən ölkəyik. Xatırladaq ki, ilk elektron rezidentlik Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa təqdim edilmişdi. Bir neçə gün əvvəl isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycanın rəqəmsal ticarətlə bağlı pilot layihədə iştirak etdiyi barədə məlumat verib.

Aydındır ki,  yeni texnologiyalara yiyələnmədən müasir dünya ticarətində uğur qazanmaq, bazara daha mükəmməl alətlərlə dəstəklənən məhsul və xidmətlər təqdim etmək mümkün deyil. Azərbaycan  dünyanın bu sahədə hazırda  mövcud olan ən yeni  təcrübəsindən uğurla faydalanır. Avropa İttifaqının “EU4Digital” layihəsi çərçivəsində  “Azexport.az”la əməkdaşlığa dair dərc olunan  məqalə də müasir dünyamızda elektron bazarın üstünlüklərinə önəm verdiyimizi təsdiq edir.

Bu baxımdan Avropa İttifaqının təşəbbüsü ilə həyata keçirilən  layihənin rəsmi internet səhifəsində “Azexport.az” internet portalının da iştirak etdiyi pilot layihə barədə məqalənin dərc edilməsini ölkəmizin bu sahədəki təşəbbüslərinə ayrılan xüsusi diqqət kimi dəyərləndirmək mümkündür. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, pilot layihənin həyata keçirilməsində başlıca məqsəd Avropa İttifaqı  və Şərq Tərəfdaşlığı  ölkələri arasında yaradılan vahid rəqəmsal ticarət bazarının iş prinsipinin real təcrübədə yoxlanılması, sınaqdan keçirilməsidir.

Yaradılan rəqəmsal bazarın fəaliyyət sisteminin ən müasir standartların tələblərinə cavab verməsi xüsusilə diqqət  çəkir. Yeni sistemin mükəmməlliyi həm də ondan ibarətdir ki, məlumatların yalnız bir dəfə daxil edilməsi onun çalışması üçün yetərlidir. A.Qədəşov Avropa İttifaqı  və Şərq Tərəfdaşlığı  ölkələri arasında yaradılan bu vahid rəqəmsal ticarət bazarının iş prinsipini belə izah edir: “Sifariş daxil olduqda satıcı tərəfindən daxil edilən məlumatlar sistem tərəfindən avtomatik hər iki ölkənin (alıcı və satıcı) gömrük və poçt orqanlarına da təqdim olunur”.

Qeyd edək ki,  “İSAR Group” şirkəti tərəfindən Azərbaycanda istehsal olunan taxta əl işi məhsulunun Almaniyaya göndərilməsi pilot olaraq artıq uğurla reallaşdırılmışdır. Beləliklə, pilot layihədən əldə olunan təcrübənin digər Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində də tətbiq edilməsi nəzərdə tutulur.

Daha  bir maraqlı  fakt odur ki, “Azexport.az”ın layihədə Azərbaycanı təmsil etməsi ilə yanaşı, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında yaradılan vahid rəqəmsal ticarət bazarı platformasının idarəedilməsi də bu internet portalına həvalə olunmuşdur.

Ümumiyyətlə, “EU4Digital” layihəsinin başlıca məqsədi Avropa İttifaqı və Şərq Tərəfdaşlığı  ölkələri arasında vahid rəqəmsal ticarət bazarının yaradılması və rəqəmsal iqtisadiyyatın tətbiqi sahələrini genişləndirməkdir. Belə bir pilot layihədə Azərbaycanın iştirakı onun rəqəmsəl dünya bazarından faydalanmaq,  müasir dünyanın tələblərinə cavab verən çevik ticarət modelləri qurmaq imkanlarını genişləndirir. Yeni sistemlərin tətbiqi öz növbəsində yeni işçi qüvvəsinin cəlb olunmasını tələb edir.  Belə olan halda isə həm rəqəmsal sahədə məşğulluq səviyyəsinin artması zərurətə çevrilir, həm də iqtisadi artımın dəstəklənməsi  kimi istiqamətlərin hədəfə götürülməsi aktuallaşır.

Rəqəmsal ticarətin inkişaf etdirilməsi sözsüz ki,  yerli sahibkarlar üçün də böyük imkanlar yaradır. Belə ki, onlar ixrac prosedurlarının daha sadə, şəffaf və sürətli həyata keçirilməsi məqsədilə ixrac zamanı tələb olunan mənşə sertifikatı, fitosanitar, keyfiyyət, baytarlıq sertifikatı, gömrük bəyənnaməsi, sərbəst satış sertifikatı  kimi sertifikatlarını onlayn formada və yalnız bir müraciətlə “Vahid İxrac Ərizəsi” vasitəsilə təqdim edirlər. Bu da yerli ixracatçılara vaxta və xərclərə qənaət etməyə imkan yaradır.

RTQ  eyni zamanda yerli sahibkarlar üçün yeni bazarlar da açmaqdadır. Belə ki, Azərbaycan  MDB məkanında bu tip sertifikatı təqdim edən üçüncü ölkədir. İndi “Gazelli Group”, “Azersun”, “AzNar QSC”, “Apiaz MMC”, “Brightman MMC” və digər şirkətlər artıq məhsullarını ixrac etmək üçün bu sertifikatlardan faydalanırlar. Əvvəllər ixrac zamanı məhdudiyyətlərlə qarşılaşan müvafiq məhsullar artıq Okeaniya, Körfəz ölkələri, ABŞ, Çin, İndoneziyaya və digər böyük bazarlara çıxış əldə edirlər.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM