23 Mart 2021 21:56
589
İDMAN
A- A+

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

 

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Yay Olimpiya Oyunlarına milli komandamız adına növbəti lisenziyanı qazandırıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Üzgüçülük Federasiyasından bildirib.

Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə, martın 19-dan 21-dək Türkiyənin İstanbul şəhərində 7 ölkənin iştirakı ilə keçirilən Üzgüçülük üzrə Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda Azərbaycan millisi 8 idmançı ilə iştirak edib. Yarışın ilk günündə millimizin üzgüçüsü Ramil Vəlizadə 200 metr batterflyay üsulunda 1 dəqiqə 59 saniyə nəticə ilə beynəlxalq turnirin mütləq qalibi olaraq “Tokio2021” Yay Olimpiya Oyunlarına B lisenziyası qazanıb. Digər idmançımız Şeixalızadəhanqah Məryəm 100 metr batterflyay üsulunda A finalına vəsiqə qazanaraq finalda gümüş medal, 50 metr batterflyay üsulunda isə A finalina vəsiqə qazanaraq finalda bürünc medala layiq görülüb. Baş məşqçi onu da əlavə edib ki, Üzgüçülük üzrə Millimizin ən gənc idmancılarindan biri olan Əbdurrəhman Rüstəmov isə bu yarışda 200 metr batterflyay üsulunda (2 dəqiqə 9 saniyə) öz nəticəsini yaxşılaşdıraraq idman ustası normativini doldurmuş, digər idmançılarımız isə öz şəxsi nəticələrini yaxşılaşdırmaqla vətənə dönüblər.

Rəşad Əbdürrəhmanov deyib: “Türkiyədə keçirilən bu beynəlxalq turnirdə Ramil Vəlizadə, Məryəm Şeixalızadəhanqah və digər millimizin üzvlərinin yüksək nəticə göstərməsi bu il Türkiyədə keçiriləcək İslam Həmrəylik Oyunlarında komandamızın medallar qazanacağına böyük ümidlər yaradır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin də bizim federasiyanın dəstəyi ilə məşqçilərimizin səyi nəticəsində son 1 ayda millimiz nəticə etibarı ilə dörd İdman Ustasi dərəcələri və Tokio 2021 Yay Olimpiya Oyunlarına B lisenziyasi qazanmışdır. Bu da öz növbəsində Azərbaycan üzgüçülük tarixində yeni bir rekord göstəricidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video