27 May 2014 03:05
285
Səhiyyə
A- A+

Azərbaycan Tibb Universitetinin ilk klinikası

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatoloji Klinikası 2002-ci ilin sentyabr ayında yaradılmışdır. Universitetin nəzdində açılan ilk klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir.

ATU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, stomatoloji klinika ərazisi 5 min 40 kvadratmetr olan dördmərtəbəli binada yerləşir. Bina 138 kabinetdən və monitorlarla təchiz olunmuş 3 mühazirə zalından ibarətdir.
Klinikanın direktoru Alqış Səfərovun sözlərinə görə, ATU-nun stomatologiya fakültəsinin bütün profil kafedraları bu müəssisədə yerləşir. Ümumilikdə klinikada 6 kafedra və 9 şöbə yerləşir. Bütün tədris və həkim kabinetləri Fransada, Almaniyada, Yaponiyada, Türkiyədə istehsal olunmuş ən müasir diaqnostika-müalicə avadanlıqları ilə təchiz olunmuşdur.
Klinikanın rentgen-diaqnostika şöbəsi 2011-ci ildə Yaponiyanın “Maritta” firmasının modern rəqəmsal rentgen avadanlıqları ilə təchiz edilmişdir. Bu şöbədə tələbələr və həkimlər üçün kompyuterlə təchiz olunmuş tədris rentgen-diaqnostika kabineti açılmışdır.
Klinikanın diş texniki laboratoriyalarının avadanlıqları və materialları da ən müasirləri ilə əvəz olunmuşdur. Bu gün laboratoriyada metal-keramika, metalsız-keramika, vinirlər, metal-plastmas, kompozit plastmas, çıxan akril və termoplast protezlər, bügel protezlər ən yüksək tələblərə cavab verən keyfiyyətdə hazırlanır.
Həkim-stomatoloq hazırlığı məqsədilə klinikada, həmçinin tələbələr üçün yeni Stomatoloji tədris mərkəzi istifadəyə verilmişdir. Mərkəzdə 20 stomatoloji qurğudan ibarət klinik zal, 2 fantom kabineti, sterilizasiya otağı və s. yerləşir. Burada tələbələr müəllim və rezidentlərlə birlikdə xəstə qəbul edə bilir, konsultativ və müalicə işlərini sərbəst yerinə yetirməklə manual vərdişlərini təkmilləşdirirlər.
Klinikada 260-dan çox professor-müəllim, həkim-stomatoloq və köməkçi heyət işləyir. Eyni zamanda, klinikada stomatologiya üzrə 17 həkim-rezident təhsilini davam etdirir.
Universitet tərəfindən klinikaya çəkilmiş kabelli internetdən bütün binada müəllimlər və tələbələr istifadə edirlər. Stomatologiyada istifadə olunan dərman və ləvazimatlar isə ən müasir standartlara cavab verən aparıcı şirkətlərin məhsullarıdır.
Klinikanın əməkdaşları son 5 il ərzində respublikada və xaricdə keçirilən 300-dən çox beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişlər. Dünyada stomatologiya üzrə hər bir yenilik klinika əməkdaşlarına çatdırılır və tədris məşğələlərində istifadə olunur. Eyni zamanda, ATU-nun Stomatoloji Klinikası Türkiyənin bütün universitetləri ilə, Amerika, Almaniya, Fransa, İtaliya, Rusiya, Ukrayna və Gürcüstanın qabaqcıl universitetlərinin stomatoloji klinikaları ilə əlaqələr saxlayır.
Hazırda Stomatoloji Klinikada 900-dək tələbə təhsil alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video