02 May 2014 11:05
391
Səhiyyə
A- A+

Azərbaycan Tibb Universitetində “Ana və uşaq sağlamlığına təhlükə yaradan irsi xəstəlikləri” mövzusunda seminar keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Ana və uşaq sağlamlığına təhlükə yaradan irsi xəstəlikləri” mövzusunda seminar keçirilmişdir.

Azərbaycan Tibb Universitetindən AzərTAc-a bildirmişlər ki, açılış mərasimində ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev ulu öndər Heydər Əliyevin təhsil və səhiyyə sahələrinə göstərdiyi böyük diqqət və qayğıdan danışmışdır.
Tələbələr üçün təşkil olunan ikigünlük seminarda türkiyəli mütəxəssislər öz təcrübələrini bölüşmüşlər.
Eyni zamanda, seminarda “Təkrarlayan hamiləlik itkiləri, yanlış obstetrical inkişafı etiologiyası, səbəbləri nələr ola bilər?”, “Uşaq ölümlərinə səbəb olan irsi xəstəliklər”, “İrsi xəstəliklərin mövcud olduğu ailələr sağlam uşaq dünyaya gətirə bilərmi?” və digər mövzularda mühazirələr dinlənilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video