08:35 22 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:20 22.06.2021

80 illik ibrət dərsi


01:04 22.06.2021

Şəhid kapitan unudulmur


00:55 22.06.2021

Rekordlarla dolu gün


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova dünya kuboku yarışlarında dördüncü olub
ANA SƏHİFƏ / İDMAN
17:49 09.05.2021

 

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında dördüncü olub.

AZƏRTAC xəbər verir ki, dünya kubokunda fərdi gimnastların lent ilə yarışında gimnastımız hakimlərdən 21,400 xal alıb.

Yarışın qalibi 24,300 xalla bolqarıstanlı Boryana Kaleyn olub. Onun komanda yoldaşı Katrin Taseva 21,500 xalla bürünc medal qazanıb. Belarus təmsilçisi Alina Harnasko 23,450 xalla gümüş medala sahib olub.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM