09 Oktyabr 2013 12:10
270
PARLAMENT
A- A+

Azərbaycan təkcə regionda deyil, bütün dünyada böyük nüfuza malik ölkədir

 

Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Antonio Ramos Preto oktyabrın 8-də Milli Məclisdə olmuşdur. 

AzərTAc xəbər verir ki, Milli Məclis Sədrinin müavini Bahar Muradova ilə keçirilən görüşdə A.R.Pretoya Azərbaycanda əldə edilən uğurlar, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən iri layihələr, qəbul edilən qanunlar haqqında məlumat verilmişdir.

Bahar Muradova Azərbaycanda prezident seçkilərinə hazırlıq barədə danışaraq bildirmişdir ki, seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün bütün işlər görülmüşdür. O, Azərbaycanın qısa vaxtda böyük seçki təcrübəsi qazandığını diqqətə çatdırmışdır.

Antonio Ramos Preto Portuqaliyanın Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişdir. O, Azərbaycanın təkcə regionda deyil, bütün dünyada böyük nüfuza malik olduğunu vurğulamışdır.

Görüşdə hər iki ölkənin qanunverici orqanları arasında səmərəli əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video