05 Oktyabr 2011 01:10
408
Nazirlər Kabineti
A- A+

Azərbaycan Şimali Qafqazla əməkdaşlığın genişlənməsinə maraq göstərir, ölkəmizi bu diyarla dərin tarixi əlaqələr birləşdirir

 

Oktyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc-ın verdiyi xəbərə görə, Azərbaycanın Baş naziri Artur Rasizadə qeyd etmişdir ki, Rusiyanın böyük nümayəndə heyətinin səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin dərinləşməsi üçün yaxşı stimul olacaqdır. Azərbaycan Şimali Qafqazla əməkdaşlığın genişlənməsinə maraq göstərir, bu diyarla ölkəmizi dərin tarixi tellər birləşdirir.

A.Rasizadə Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyon nəfərdən çox adam qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ölkənin baş naziri həmçinin Azərbaycanın sürətli iqtisadi inkişafı barədə məlumat vermişdir.

Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Xloponin Şimali Qafqazda layihələrin həyata keçirilməsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın perspektivlərini qeyd etmişdir. O bildirmişdir ki, bu regionda turizmin və biznesin digər sahələrinin inkişafı üçün böyük imkanlar vardır. A.Xloponin qeyd etmişdir ki, investorlara əlverişli şərait yaratmaq üçün yaxın gələcəkdə sərmayələrin qorunması haqqında saziş imzalanacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video