15:37 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan səfiri etimadnaməsini Sinqapur Prezidentinə təqdim edib
ANA SƏHİFƏ / SİYASƏT
17:36 04.08.2021

 

Avqustun 4-də Azərbaycan Respublikasının iqamətgahı Cakarta şəhərində olmaqla Sinqapur Respublikasındakı səfiri Cəlal Mirzəyev etimadnaməsini bu ölkənin Prezidenti Həlimə Yaquba təqdim edib.

AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilmiş mərasimdə səfir C.Mirzəyev ilk növbədə, Prezident Həlimə Yaquba Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Azərbaycanın Sinqapur ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlərinin dinamik inkişafından söz açaraq, ölkələrimiz arasında son illərdə xüsusilə iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin həcminin artdığını diqqətə çatdırıb. Səfir iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi məqsədilə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Öz növbəsində təşəkkürünü bildirən Prezident Həlimə Yaqub dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Sinqapur Respublikasının Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində sədrliyini təqdir etdiklərini, bu xüsusda pandemiya ilə mübarizədə Azərbaycana istənilən texniki yardım göstərməyə hazır olduqlarını ifadə edib.

Mərasimdə Sinqapurun Xarici İşlər naziri Dr. Vivian Balakrişnan da iştirak edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM