10 Noyabr 2021 22:19
920
SİYASƏT
A- A+

Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib

 

Azərbaycan Respublikasının Malayziyaya təyin edilmiş səfiri İrfan Davudov noyabrın 10-da etimadnaməsini bu ölkənin Kralı XVI Ali Başçı, Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təqdim edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfiri İ.Davudov Prezident İlham Əliyevin salamlarını Krala çatdırıb, Azərbaycanla Malayziya arasında qarşılıqlı etimada əsaslanan güclü qardaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün dövlətimizin başçısının səfir kimi ona xüsusi tapşırıq verdiyini vurğulayıb. Malayziyada xidməti fəaliyyəti dövründə bütün səylərini bu istiqamətdə cəmləşdirəcəyini söyləyib.

Malayziya Kralı səfir İ.Davudovdan onun da salamlarını və ehtiramını Prezident İlham Əliyevə çatdırmasını xahiş edib, Azərbaycan xalqının rifah, xoşbəxtlik, əmin-amanlıq və tərəqqisinin davam etməsini arzuladığını bildirib. O, Malayziyanın Azərbaycanla yaxın və dost münasibətlərə yüksək əhəmiyyət verdiyini, həmin münasibətlərin inkişafında əzmli olduğunu, çoxşaxəli əməkdaşlığın hər iki ölkə üçün faydalı olduğuna inandığını bildirib.

Qeyd edək ki, Malayziyaya yeni təyin olunmuş xarici diplomatik missiya rəhbərlərinin etimadnamələrinin təqdim edilməsi mərasimi COVID-19 pandemiyası səbəbindən uzun müddət idi təxirə salınırdı. Bu səbəbdən mərasim zamanı, Azərbaycanla yanaşı, Misir, Avstraliya, Rumıniya, Qazaxıstan, Hindistan, İsveç də daxil olmaqla, 13 ölkənin yeni səfiri etimadnamələrini Krala təqdim ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video