24 Iyun 2021 17:29
528
İQTİSADİYYAT
A- A+

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda təmsil olunub  

Tacikistanın paytaxtı Düşənbə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “Rəqəmsal iqtisadiyyat, elektron ticarət və innovasiya sahələrində əməkdaşlığın artırılması” mövzusunda 1-ci İqtisadi Forumu keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı forumda iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Forumda ŞƏT-in 20 illiyi, iqtisadiyyatın transformasiyası və rəqəmsallaşma, elektron ticarət və dayanıqlı inkişaf üzrə müasir texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Forumun ilk günü plenar iclasda çıxış edən nazir müavini E.Əliyev Azərbaycanda rəqəmsallaşma, innovasiya, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, insan kapitalının inkişafı, Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşma istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir müavini tədbir çərçivəsində, həmçinin bir sıra görüşlər keçirib, görüşlərdə ikitərəfli iqtisadi-ticarət əlaqələri müzakirə edilib.

Forum çərçivəsində keçirilən tematik sessiyada elektron hökumət sisteminin tətbiqi və dövlət xidmətlərinin elektron formatda göstərilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı əməkdaşlıq, elektron ticarətin üstünlüklərinin təşviqi məsələləri ilə bağlı müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video