27 Dekabr 2011 03:12
594
Məktublar
A- A+

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Əziz İlham Heydər oğlu!

Yubileyiniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin. Siz yaradıcı, məqsədyönlü fəaliyyətinizin bütün mərhələlərində öz istedadınızı, təcrübə və enerjinizi bütünlüklə Azərbaycan xalqının maraqlarına təmənnasız xidmətə həsr etmisiniz. Siz dahi atanız Heydər Əliyevin ənənələrini davam etdirərək ölkənin inkişafının  dönüş dövrlərindən birində onun rəhbəri tarixi missiyasını böyük məsuliyyət və müdrikliklə yerinə yetirirsiniz. Respublikada dövlətçiliyin gələcək təşəkkülü və möhkəmlənməsi, onun sosial-iqtisadi inkişafında sanballı uğurlar, Azərbaycan millətinin mənəvi-əxlaqi dirçəlməsi bu gün ayrılmaz surətdə Sizin adınızla bağlıdır.  Azərbaycan Respublikasının həyat fəaliyyətinin bütün sahələrində  irimiqyaslı dəyişikliklər Azərbaycanın hüdudlarından uzaqlarda, o cümlədən Rusiya Federasiyasında haqlı olaraq hörmət doğurur.

Bu gözəl əlamətdar gündə Sizə ürəkdən möhkəm cansağlığı, Qafqaz uzunömürlülüyü və Azərbaycan xalqının səadəti naminə  gələcək uğurlar arzulayıram. Sizin Dağıstana və bizim ailəyə  münasibətinizi çox qiymətləndirirəm.

Dərin hörmətlə,

 

İlyas UMAXANOV,

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video