05:37 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
ANA SƏHİFƏ / MƏKTUBLAR
04:10 18.10.2011

 

Hörmətli İlham Heydər oğlu!

Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün respublika dinamik inkişaf edir, iqtisadiyyatda və sosial sahədə nəzərəçarpacaq uğurlar qazanır, regionda və dünyada xarici siyasi mövqelərini möhkəmləndirir. Bu əlamətdar gündə biz müasir demokratik dövlətin əsaslarının  formalaşdırılması, Rusiya və Azərbaycan arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı  əməkdaşlığın təməlinin möhkəmlənməsi üçün çox iş görmüş  Azərbaycanın ümummilli lideri Heydər Əliyevə ehtiramımızı bildiririk.

Bu illər ərzində Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilmiş strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də  möhkəmlənməsinə qarşılıqlı niyyətlərimizi xüsusi məmnunluqla qeyd etmək istəyirəm.

Əminəm ki, səmərəli siyasi dialoq, ticari-iqtisadi, investisiya, humanitar və digər sahələrdə əldə edilmiş  razılaşmaların həyata keçirilməsi ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxşaxəli ikitərəfli əməkdaşlığın dinamik inkişafına bundan sonra da  kömək edəcəkdir.

Dost Azərbaycan xalqına səmimi qəlbdən sülh və tərəqqi arzulayıram.

Dmitri MEDVEDEV,

Rusiya Federasiyasının Prezidenti

 

Moskva şəhəri, Kreml

 

14 oktyabr 2011-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM