09 Oktyabr 2016 12:10
3277
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 401

 

N 401                                     Bakı şəhəri, 6 oktyabr 2016-cı il

 

“Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il

1 mart tarixli 811 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Bu qərar 2016-cı il mart ayının 1-dən etibarən tətbiq edilir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədədir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 6oktyabr
tarixli 401nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə

Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan
şəxslərə ixrac təşviqinin ödənilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasınıtəmin etmək məqsədi ilə hazırlanmışdır və qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi qaydasını tənzimləyir.
1.2. İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.
1.3. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir.
1.4. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir.
1.5. Bu Qaydanın məqsədləri üçün faktiki ixrac dedikdə, qeyri-neft məhsullarının geri qaytarılmaq öhdəliyi olmadan Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması başa düşülür.

2. İxrac təşviqinin ödənilməsi qaydası

2.1. Şəxslər ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edirlər.
2.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
2.2.1. ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti;
2.2.2. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti;
2.2.3. qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri;
2.2.4. xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti;
2.2.5. faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin ixracatçının xarici valyutada Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən müvəkkil kredit təşkilatının sənədi (tarixi, mədaxil tarixi, ödənilən təşkilatın adı, məbləği);
2.2.6. qeyri-neft məhsulunun Azərbaycan mənşəli olmasını göstərən mənşə sertifikatının surəti.
2.3. Təqdim olunmuş sənədlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 10 (on) iş günü müddətində baxılır və bu Qaydaya uyğun olaraq ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, 2 (iki) nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada “MƏKTUB-SƏRƏNCAM” tərtib edilir və bir nüsxəsi ixracatçıya,bir nüsxəsi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur.
2.4. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin daxil olduğu tarixdən 2 (iki) iş günündən gec olmayaraq, həmin çatışmazlıqların aradan qaldırılması üçün müraciət edən şəxsə məlumat verir. Müraciət edən şəxs tərəfindən müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq baxılır.
2.5. Aşağıdakı hallarda ixrac təşviqinin ödənilməsindən imtina olunur:
2.5.1. müraciətdə göstərilən ixrac olunan məhsul Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısında nəzərdə tutulmadıqda;
2.5.2. bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə və təqdim olunmuş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
2.5.3. bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan hallarda.
2.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “MƏKTUB-SƏRƏNCAM”ın təqdim edildiyi vaxtdan 3 (üç) iş günü müddətində ixrac təşviqinin ixracatçıya ödənilməsini təmin edir.
2.7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ixrac təşviqinin əldə edilməsi üçün müraciətdə göstərilən məlumatları araşdırmaq məqsədi ilə dövlət orqanlarına və müvəkkil kredit təşkilatlarına sorğular göndərə bilər.
2.8. İxrac təşviqinin məbləği ixrac gömrük bəyannaməsindəki xarici valyutanın məzənnəsi əsas götürülməklə, manatla müəyyən olunur və ödənilir.
2.9. Faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait həmin məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərindən az olduqda, bu məhsulların ixracına görə ixrac təşviqinin baza məbləği bank hesabına köçürülən vəsaitin 3 (üç) faizini təşkil edir. Bu zaman ərizədə göstərilən qeyri-neft məhsulları üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fərqli əmsallar müəyyən edildikdə, həmin əmsallar sırasından ən kiçik əmsal tətbiq edilir.
2.10. Faktiki ixrac edilmiş qeyri-neft məhsulu sonradan Azərbaycan Respublikasının ərazisinə (o cümlədən, ölkə ərazisində mövcud olan sərbəst zonalara və xüsusi iqtisadi zonalara) tam və ya qismən geri qaytarıldıqda, bu məhsullar üçün ixrac təşviqinin ödənilmiş məbləği ixracatçı tərəfindən mütənasib olaraq geri ödənilməlidir.
2.11. İxrac olunan malların gömrük rəsmiləşdirilməsi gömrük təmsilçiliyi vasitəsilə (gömrük təmsilçisi və ya gömrük brokeri tərəfindən) həyata keçirildikdə, ixrac təşviqi yalnız təmsil edilən şəxsə verilir.

3. İxrac təşviqinin tətbiq olunmadığı əməliyyatlar və şəxslər

3.1. İxrac təşviqi aşağıdakı əməliyyatlara və şəxslərə tətbiq edilmir:

3.1.1. idxal edilərək, sərbəst dövriyyəyə buraxılan xarici ölkə mənşəli malların ixracına;
3.1.2. tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına;
3.1.3. sərhədyanı ticarət çərçivəsində malların satışına;
3.1.4. Azərbaycan Respublikasının ərazisində yaradılmış rüsumsuz ticarət mağazalarında malların satılmasına;
3.1.5. malların əvəzsiz (haqqı ödənilmədən) ixracına;
3.1.6. daxildə emal və xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracına;
3.1.7. təkrar ixrac gömrük proseduru və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən xarici malların ixracına;
3.1.8. malların Azərbaycan Respublikasının ərazisində yaradılmış sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışına;
3.1.9. barter əməliyyatları çərçivəsində malların ixracına;
3.1.10. sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda, sənaye və ya texnologiyalar parklarında istehsal olunmuş malların ixracına;
3.1.11. bu Qaydanın qüvvəyə minməsindən əvvəl həyata keçirilən faktiki ixrac əməliyyatlarına;
3.1.12. dövlət mülkiyyətində olan və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə;
3.1.13. gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şəxslərə (gömrük təmsilçisi və gömrük brokeri);
3.1.14. faktiki ixrac əməliyyatlarının həyata keçirildiyi tarixdən 180 gündən sonra müraciət edən şəxslərə.


____________________

“Qeyri-neft məhsullarının ixracı ilə
məşğul olan şəxslərə ixrac təşviqinin
ödənilməsi Qaydası”na
1 nömrəli əlavə

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə

____________________________________________ tərəfindən
(ixracatçının adı, VÖEN-i)

Ə R İ Z Ə

Xahiş edirəm “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq, ixrac edilmiş aşağıdakı qeyri-neft məhsullarına görə ____________ manat məbləğində ixrac təşviqinin
(rəqəmlə və yazı ilə)
_____________________________ ödənilməsinə razılıq verəsiniz.
(bank rekvizitləri)

Məhsulların XİFMN üzrə kodları Məhsulların adları İxrac olunan məhsulun gömrük dəyəri
(xarici valyutada) Bank hesabına daxil olan məbləğ
(xarici valyutada) İxrac təşviqinin məbləği
(manatla)


Cəmi
Qoşma: Ərizəyə əlavə olunan sənədlər _______ vərəqdə.

Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin ____________ ______________________
(imzası) (soyadı, adı, atasının adı)

Möhür yeri

Ərizə verən fərdi
sahibkar olduqda____________ ______________________
(imzası) (soyadı, adı, atasının adı)

Tarix __________________
(gün, ay, il)
“Qeyri-neft məhsullarının ixracı ilə
məşğul olan şəxslərə ixrac təşviqinin
ödənilməsi Qaydası”na
2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

MƏKTUB-SƏRƏNCAM

№_______

Bakı şəhəri, “___” _________ ______
(gün, ay, il)

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə

______________________________________________________
(ixracatçının adı və VÖEN-i)

“Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq, ixrac edilmiş qeyri-neft məhsullarına görə ______________
_______________________________________manat məbləğində
(rəqəmlə və yazı ilə)

ixrac təşviqinin ______________________ ödənilməsi xahiş olunur.
(ixracatçının bank rekvizitləri)


Əsas: İxracatçının _____________________ tarixli ərizəsi

 

___________ _________________ __________________
(vəzifəsi) (imzası) (soyadı, adı)


Möhür yeri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 6 oktyabr
tarixli 401 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə

İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə
SIYAHISI


XİFMN üzrə məhsulun kodu Malın adı
1 2
0409 00 000 0 Təbii bal
0804 20 900 0,
0806 20,
0813-dən Qurudulmuş meyvələr
0810 70 000 0 Xurma
0810 90 7501 Nar
1905-dən Unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları
2001-dən Sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq
2002 Sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor
2005 Sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər
2006 00-dan Şəkər vasitəsilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq
2007 Cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası
2008-dən Başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz, fındıq və badam
1 2
2009 Meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi
2103-dən Souslar və ədviyyatlar
2201-dən Təbii və ya süni mineral sular, qazlı sular
2202 Alkoqolsuz içkilər
2204 Təbii üzüm şərabları və üzüm suslosu
2205 Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları
2208 Konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları
3004900000-dan Naftalan mazı
Qrup 42-dən Təbii dəridən geyim əşyaları və digər məmulatlar
5007 İpək parçalar
5701-dən Əllə toxunmuş xovlu xalçalar
5702-dən Əllə toxunmuş xovsuz xalçalar
Qrup 61-dən
Qrup 62-dən
Qrup 63-dən Pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları
6403 Üstü təbii dəridən olan ayaqqabılar

 

____________________

 

 

 



Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 6 oktyabr
tarixli 401 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
3 nömrəli əlavə


Məhsulların növündən asılı olaraq ixrac təşviqinin
baza məbləğinə tətbiq olunacaq
Əmsallar


XİFMN üzrə məhsulun kodu Malın adı Əmsal
1 2 3
0409 00 000 0 Təbii bal 1,5
0804 20 900 0, 0806 20,
0813-dən Qurudulmuş meyvələr 1,5
0810 70 000 0 Xurma 1,0
0810 90 7501 Nar 1,0
1905-dən Unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları 1,5
2001-dən Sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq 1,5
2002 Sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor 2,0
2005 Sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər 2,0
2006 00-dan Şəkər vasitəsilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq 1,5
2007 Cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası 2,0
1 2 3
2008-dən Başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz, fındıq və badam 2,0
2009 Meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi 2,0
2103-dən Souslar və ədviyyatlar 2,0
2201-dən Təbii və ya süni mineral sular, qazlı sular 1,5
2202 Alkoqolsuz içkilər 1,5
2204 Təbii üzüm şərabları və üzüm suslosu 2,0
2205 Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları 2,0
2208 Konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları 2,0
3004900000-dan Naftalan mazı 2,0
Qrup 42-dən Təbii dəridən geyim əşyaları və digər məmulatlar 2,0
5007 İpək parçalar 1,5
5701-dən Əllə toxunmuş xovlu xalçalar 2,0
5702-dən Əllə toxunmuş xovsuz xalçalar 2,0
Qrup 61-dən
Qrup 62-dən
Qrup 63-dən Pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları 2,0
6403 Üstü təbii dəridən olan ayaqqabılar 2,0

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video